Məhkəmə qərarları › İş №2(107)-1386/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1386/2024

24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1386/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 ha pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 ha pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunması» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Ərizəçi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməməsi, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 1998 kv.m həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin, 1399 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, habelə 1.27 ha pay torpaq sahəsinin bütöv əmlak kütləsinə daxil edilərək, əldə etmə müddətinə əsaslanaraq onun mülkiyyəti olması faktının müəyyən olunmasına dair ərizəsinin rədd edilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi apellyasiya şikayəti 11 sentyabr 2024-cü il tarixdə Qax rayon Poçt Şöbəsinə təqdim edilmiş və Ərizəçi tərəfindən elektron qaydada imzalanmamış apellyasiya şikayəti 12 sentyabr 2024-cü il tarixdə Qax Rayon Məhkəməsinə daxil olmuşdur. Qax Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(024)-337/2024 saylı qərardadına əsasən ərizəçi tərəfindən apellyasiya şikayəti ‘‘Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və bu Məcəllə ilə müəyyən edilmiş formada (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur) verilmədiyi üçün 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ərizəçiyə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ərizəçi tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş və qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmiş, Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Qax Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qərardadı ilə Ərizəçi tərəfindən Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(024)- 337/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan SX030267943AZ kodlu xəbərnamədən görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi 09 avqust 2024-cü il tarixdə Ərizəçi tərəfindən imza edilməklə qəbul olunmuşdur. Lakin həmin qətnamədən apellyasiya şikayəti ərizəçi tərəfindən 11 sentyabr 2024-cü il tarixdə Qax rayon Poçt Şöbəsinə təqdim edilmiş və Ərizəçi tərəfindən elektron qaydada imzalanmamış apellyasiya şikayəti 12 sentyabr 2024-cü il tarixdə Qax Rayon Məhkəməsinə daxil olmuşdur. Qax Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(024)-337/2024 saylı qərardadına əsasən ərizəçi tərəfindən apellyasiya şikayəti ‘‘Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və bu Məcəllə ilə müəyyən edilmiş formada (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur) verilmədiyi üçün 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, ərizəçiyə qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ərizəçi tərəfindən növbəti apellyasiya şikayəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə 03 oktyabr 2024-cü il tarixdə verilmiş və o, apellyasiya şikayətinin məzmunundakı vəsatətində Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Ərizəçi 09 avqust 2024-cü il tarixdə təqdim edilməsinə, ərizəçi tərəfindən həmin qətnamədən 09 sentyabr 2024-cü il tarixədək apellyasiya şikayəti vermək imkanının olmasına baxmayaraq, o, Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin vaxtında verilməsini istisna edəcək üzürlü hallara dair məhkəməyə heç bir sənəd və sübut təqdim etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, Qax Rayon Məhkəməsinin 2(024)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti ərizəçinin öz təqsiri üzündən ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi imkanı nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(024)-337/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar