Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-240/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, X5 nümayəndəsi X2, nümayəndə və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-145/2025 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 qardaşı oğlu olmağı faktının müəyyən edilməsi və miras qoyan X3 miras kütləsinə daxil olan, Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(029)-145/2025 saylı qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilmiş, Ərizəçi xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3 qardaşı oğlu olması faktı müəyyən edilmiş, X1 miras kütləsinə daxil olan,Qusar rayonu, Haça-tala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Hüquq və vəzifələrinə toxunan şəxs qismində X4 Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(029)-145/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli 2(029)-145/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, X5 Qusar Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(029)-145/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin üzürlü səbəbdən buraxıldığından bərpa edilməsi və Qusar Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(029)- 145/2025 saylı qətnamədən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında X5 nümayəndə və vəkili Vəkil bildirdi ki, təmsil etdiyi şəxs vəsiyyətnamə üzrə vərəsə olduğu halda işə cəlb edilməyib. Bundan məlumatlı olduğu an məhkəməyə müraciət edərək qətnamənin surətini tələb etmiş, məhkəmə uzun müddət qətnamənin surətini təqdim etməmişdir. Şikayətindən sonra qətnamənin surətini almış, qətnamədən apellyasiya şikayəti vermişlər. Odur ki, apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Ərizəçi və Qusar rayon dövlət notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-145/2025 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydaya riayət etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunmasına dair əsaslandırılmış qərardad qəbul etməli idi. Birinci instansiya məhkəməsi yalnız apellyasiya şikayətinin prosessual normalara riayət edilməklə verilməsini əsas gətirib, qətnamədən şikayət vermə müddətini bərpa edilməsi barədə qərardad qəbul etməklə şikayəti işlə birlikdə apellyasiya instnasiyası məhkəməsinə göndərmişdir. Həmçinin, məhkəmə həmin qərardadında da qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunmasına dair hər hansı bir əsaslandırma aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə riayət edilməməsi isə işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yaratmır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-145/2025 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 366cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-145/2025 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-145/2025 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X7 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-240/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-240/2026
24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver