Məhkəmə qərarları › İş №e-2(5-101)-159/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-101)-159/2026

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-101)-159/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.2009-cu il tarixində Bakı şəhərində doğulması faktının, X7 xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə və övladlarının doğumu haqqında akt qeydinin ata qrafasında Quliyev Şirxan, ana qrafasında isə Ərizəçi qeyd edilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 2008-ci ildə Gürcüstan Respublikasının vətəndaşı Quliyev Şirxanla faktiki nikah münasibətlərinə daxil olmuşdur. Bu nikahdan iki övladı - xx.xx.2009-cu ildə X11 və xx.xx.2012-ci ildə X17 anadan olmuşdur. Hər iki övladı ev şəraitində dünyaya gəlmişdir. Quliyev Şirxanla nikahı xx.xx.2018-ci ildə 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 417 nömrəli alt qeydi ilə rəsmiləşdirilmişdir. Övladlarına doğum haqqında şəhadətnamə Maraqlı şəxs tərəfindən verilmişdir. 2017-ci ildə o, hər iki övladına köhnə nəsil, şəkilsiz şəxsiyyət vəsiqəsi almışdır. 2025-ci ilin fevral ayında o, övladlarına yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün 6 saylı Bakı ASAN xidmət mərkəzinə müraciət etmişdir. 6 saylı Bakı ASAN Xidmət mərkəzində ondan uşaqların doğumu haqqında şəhadətnamə tələb edildi. Lakin o, evini nə qədər axtarsa da uşaqların Doğumu haqqında şəhadətnaməni tapa bilməmişdir. 6 saylı Bakı ASAN Xidmət mərkəzində ona uşaqların doğumu haqqında şəhadətnamənin Maraqlı şəxsndə verildiyini bildirmişdilər. Buna görə də o, övladları - xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs övladlarının doğumu haqqında akt qeydinin aşkar olunmadığını bildirərək, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla ona doğum haqqında şəhadətnamə verməkdən imtina etdi və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirildi. Buna görə də o, məcbur olub övladlarının doğumu haqqında akt qeydinin bərpa olunması üçün 2024-cü ildə ərizə ilə Sabunçu Rayon Məhkəməyə müraciət etdi. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 3496/2025 saylı qətnaməsi ilə, “doğumun qeyd edilməsi faktın müəyyən edilməsi” tələbinə dair ərizəm təmin edilməmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti verrmişdir və apellyasiya şikayətinə övladlarının təhsil aldığı məktəbdə saxlanlan doğum haqqıda şəhadətnamələrinin surətini əlavə etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5867/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, e-2(008)- 3496/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində deyilir ki, “ərizəçinin uşağlarının barəsində əvvəllər doğum haqqında qeyd olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı işin faktiki halları məhz Bakı Şəhəri Maraqlı şəxs tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamələrinin qeydiyyat kitablarında X11 və X9 dair doğum haqqında qeydlərin olması öz təsdiqini tapmamışdır. X2 və X7 adına olan şəxsiyyət vəsiqələrinin əsilləri ilə bağlı qeyd edir ki, onların alınması ilə müvafiq sorğunun verilməsinə zərurət olmamışdır. Belə ki, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən vəsiqələr xx.xx.2017 və xx.xx.2017-ci illərdə alınarkən hazırda işdə olan doğum haqqında şəhadətnamələrin əsilləri deyil, surətləri təqdim edilmişdir. Bu hal bir daha onu təsdiq edir ki, ərizəçi tərəfindən qeyd edilən şəhadətnamələrin əsilləri polis orqanına təqdim edilməmiş və edilə də bilməzdi. Çünki ümumiyyətlə bu sənədlərin əsilləri mövcud olmayıb. Həmçinin kollegiya vurğulayır ki, hazırki icraat zamanı doğum haqqında şəhadətnamələrin Bakı Şəhəri Maraqlı şəxs tərəfindən verilməsi faktı təsdiqi tapmadığından sözügedən vəsiqələrlə bağlı sorğu verilməsinə zərurət olmamışdır”. Beləliklə, o, azyaşlı övladlarına doğum haqqında şəhadətnamə almağı üçün, onların doğum faktının müəyyən edilməsi barədə ərizə vermək məcburiyyətində qalmışdır. Belə ki, övladlarının doğumu haqqında şəhadətnaməsi olmadığına görə onlara yeni nəsil şəxsiyət vəsiqəsi ala bilmir. Bu da abutiryent olan övladlarının təhsil hüququnu həyata keçirmələrinə, yəni buraxılış imtahanlarında iştirak etməsinə maneçilik törədir. Buna gör də o, övladları - xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X12 doğum haqqında şəhadətnamə almaq üçün yenidən Maraqlı şəxsnə müraciət etdi. Lakin Maraqlı şəxs ona imtina məktubları verərək, doğum faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirmişdir. X1 xx.xx.2009-cu il tarixində və X7 xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmaları faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2026-cı il tarixə ərizə ilə müraciət edərək ərizəyə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-16- 5/7-13-1698/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktalarının dövlət qeydiyyatı qaydası”-nın 2.5.3 bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyini üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aiddiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-16-5/7-13-1699/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2009-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktalarının dövlət qeydiyyatı qaydası” –nın 2.5.3 bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyini üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aiddiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. 4 saylı Bakı Asan Xidmət X5 AZ İİ seriyalı, 254831 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Şirxan ilə X3 xx.xx.2018-ci il tarixli 417 nömrəli aktla nikaha daxil olmuşlar. Arvada Quliyeva soyadı verilmişdir. AZE 11546538 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyəti Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə X14 doğulmuşdur, atası Quliyev Şirxan, anası isə Pirməmmədova Pərvanədir. AZE 18107256 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyəti Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə X11 doğulmuşdur, atası Quliyev Şirxan, anası isə Pirməmmədova Pərvanədir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-16-1894/2025 nömrəli məktubundan görünür ki, X9 AZ İİ 278879 seriyalı və X8 aid AZ İİ 227970 seriyalı, xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamələr Maraqlı şəxs tərəfindən tərtib edilməmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş X6 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkarlanmamışdır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuş X7 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları ürə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkarlanmamışdır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi ilə Fərqanə ərə gələndən qonşu olmuşdur. Onun Şirxan ilə nikahdan 3 uşağı olmuşdur. O Fərqanəni iki böyük qızına hamilə olan vaxtı görmüş həmin uşağlarıda məhz Fərqanə doğmuşdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Mənzər Quliyeva ifadəsində bildirdi ki, Ərizəçi onun gəlinidir. Onun oğlu Quliyev Şirxan ilə Ərizəçi 2088-ci il tarixlərində təxminən ailə qurmuşdur. On alrın nikahından üç övladı olmuşdur. Onlardan biri Quliyeva Liyana adlıandırılan uşağ xx.xx.20229-cu il tarixdə Bakı şəhərində ev şəraitində, digər isə Quliyeva Ləman isə xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ev şəraitdən doğulmuşdur. Uşağlar doğulan zaman uşağı o özü tutmuşdur. Maddi imkanları yaxşı olmadığından uşağlar evdə doğulmuşdur. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndində qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə məhkəmə araşdırılması zamanı hebələ şahidin vermiş olduğları izahatlarından da məlum olur ki, Ərizəçi Bakı şəhərində yaşadığı evdə xx.xx.2009-cu il tarixində bir qızı övladı (X11) və xx.xx.2012-ci il tarixdə başqa bir qız övladı (X17) doğmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərdiyindən ərizəçinin xx.xx.2009cu il tarixdə Baı şəhərində bir qız uşağını və xx.xx.2012-ci il tarixdə bir qızı uşağının doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi xx.xx.2009-cu il tarixində Bakı şəhərində, ev şəraitində bir qızı uşağı (X11) doğması faktı müəyyən edilsin. xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi xx.xx.2012-ci il tarixində Bakı şəhərində, ev şəraitində bir qızı uşağı (X14) doğması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar