Məhkəmə qərarları › İş №2(041)-1793/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1793/2024

09.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1793/2024 09.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı Kürdəmir rayon Dövlət notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan və Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 0,23 ha torpaq sahəsinin, eləcə də mərhum ataları X2 adına Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 28 saylı qərarı ilə verilmiş 0,20 ha torpaq sahəsinin mərhum ataları X2 payına düşən hissəsinin vərəsələri - X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onun arasında bərabər şəkildə bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə ərizə göndərib mülki iş üzrə ərizə və ona əlavə edilmiş qoşma sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlan heç bir məlumat vermədən məhkəməyə gəlməmiş və işə mahisyyətii üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə işdəki sənədləri tədqiq edərək, habelə İddiaçı Kürdəmir rayon Dövlət notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Kürdəmir rayon Dövlət notariat kontoru üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər - X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar