Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1825/2025 16.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X17 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunun Şüşün kəndində anadan olmuş X1n xəstəlikləri və fiziki qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Şüşün kəndində yaşayır. X3 xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Qardaşı Emin ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə xəstədir və hazırda Kürdəmir rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs-nin Kürdəmir rayon Poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyytında olmaqla mütəmadi olaraq müalicə olunur. X1 uzun müddət müalicə etdirməyinə baxmayaraq müalicənin heç bir nəticəsi olmamışdır. Onun xəstəliyi ilə əlaqədar daimi qulluq və müalicəyə ehtiyacı olmaqla, kənar şəxsin daimi köməyinə ehtiyacı var. X2 xəstəliyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2019cu il tarixdə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmiş və əmək qabiliyyətsiz olması müəyyən edilmişdir. X3 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. X12 xəstəliyi, həmçinin psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiklərinə görə onun kənar şəxsin daimi qulluğuna və müalicəyə ehtiyacı var. X12 xəstəliyi ilə bağlı heç bir hərəkət edə bilmədiyinə görə onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Aidiyyəti qurumlarda onun qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndəsi olmadığı üçün onuarı təmsil etmək mümkün olmur. Ona görə də X1n xəstəliyi və psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizədə göstərilənləri təsdiq edərək və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3116 saylı rəyini əsas tutaraq X1n fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: -Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, AZ-T 243062 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olub. X5, anası X4r. - Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik hüququi şəxsin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2788 nömrəli arayışından məlum olur ki, X12 “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3116 saylı rəyindən görünür ki, mülki işdə olan tibbi sənədlərə əsasən X12 onda qeyd olunan ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X6 ağır dərəcəli debillik diaqnozu ilə qeydiyyatda olması, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 16 mart 1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir rayonunun Şüşün kəndində yaşayan, 16 mart 1987-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1825/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1825/2025
16.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver