Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-713/2023 27.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı sədri X6 və Sor-Sor Bələdiyyəsinin vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X*, Cavabdeh və onun nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil* iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsi cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X*3 publik hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı sədri X*4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə Cavabdeh arasındla bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş iddiaçı Sor-Sor Bələdiyyəsinin sədri X6 vəsatətinə əsasən məhkəmənin *4.07.202*-ci il tarixli, 2(04*)-*359/202* nömrəli qərardadına əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və qərardad mütəxəssis rəyi verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli rəyi *6.03.2022-ci ild tarixli, 22602*203333 nömrəli məktubla məhkəməyə göndərilmiş və xx.xx.2022-c i il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Bundan sonra Sor-Sor Bələdiyyəsinin sədri X6 vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(04*)-*33/2022 nömrəli qərardadına əsasən əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və qərardad mütəxəssis rəyi verilməsi üçüın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *6 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *6 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, *0/6033 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, *0/6033 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və *3.*0.2022ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair mülki iş iddiaçı Sor-Sor Bələdiyyəsinin sədri X6 ərizəsinə əsasən mübahisə predmeti olan Sor-Sor Bələdiyyəsinin ərazisində yerləşən 40,9 hektar torpaq sahəsinin hərraca çıxarılması üçün 26.**.20*9-cu il tarixli iclas protokolunun *2 nömrəli qərarı ilə hərraca çıxarılmasına dair qərarın qanuni olub-olmamasını yoxlamaq üçün mütəxəssis cəlb edilməklə bələdiyyənin iclasını çağırmalı olduqlarını bildirib, iclasın keçirilməsi və müvafiq qərar qəbul edilənədək işin baxılmamış saxlanmasını xahiş etdiyinə, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə məhkəmənin 25.**.2022-ci il tarixli, 2(04*)-*33/2022 nömrəli qərardadına əsasən baxılmamış saxlanılmışdır. İddiaçı sədri X6 məhkəmənin 25.**.2022-ci il tarixli, 2(04*)-*33/2022 nömrəli qərardadından verdiyi ərizəyə əsasən qeyd edilən qərardad məhkəmənin *7.03.2023-cü il tarixli, 2(04*)-*33/2022 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı iddia ərizəsinə əlavə və iddia tələbinin həcminin artırılması haqqında ərizə-vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsimnin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı sədri X*5 iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayonunun Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən 40,9 ha torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı Sor-Sor Bələdiyyəsi ilə Cavabdeh arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında Cavabdeh torpaq sahəsində tikinti işləri aparmış, oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən Sor-Sor Bələdiyyəsi tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Həmçinin Sor-Sor Bələdiyyəsi mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə Cavabdeh, X2 və X3 adları göbstərilsə də, Cavabdeh müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar T.M.Cəbrayılovun və Şahidn müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.6-cı maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Göründüyü kimi Sor-Sor Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur. Belə ki, Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsimnin şərtlərini Azərbaycan Respublikası Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər ciddi əsaslar var. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun Sor-Sor Bələdiyyəsinin keçmiş sədri X** tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən Bələdiyyə seçkiləri üzrə İddiaçınə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr X4 adı həmin siyahıda mövcud olmamış və ümumiyyətlə Sor-Sor Bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri X4 *6.0*.2020-ci il tarixədək De-yure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən De-fakto səlahiyyətləri bitmişdir və bunu özü də əvvəlcədən bildirmişdir. T.İsmayılov bələdiyyə sədri kimi səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh həmin torpaq sahəsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dlərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdeh icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin Sor-Sor Bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən Cavabdeh icarəsinə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəhəsindən məhrum olmuşlar. Ona görə də İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X9 iddiaçı Sor-Sor Bələdiyyəsinin sədri X*4 ilə eyni məzmunda izahat verib İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməsi, bunun əsasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin və 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilərək icarə hüququna xitam verilməsi və bunun əsasında verilmiş 2*.0*.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlərin və digər şəxslərin əmlakları ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması və qeyd olunan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, icarəyə torpaq götürmək üçün İddiaçınə müraciət etmiş və Sor-Sor Bələdiyyəsinin *4.0*.2020-ci il tarixli, 3M-3 saylı qərarı ilə ona Sor-Sor Bələdiyyəsinin mülkiyyətinqdə olan ehtiyat fondundan 40,9 ha torpaq sahəsi verilmiş və o, həmin torpaq sahəsinə görə Sor-Sor Bələdiyyəsi ilə *4.0*.2020-ci il tarixdə İcarə müqaviləsi bağlamışdır. Torpaq sahəsini icarəyə götürəndən sonra torpaqdan istifadəyə görə icarə haqqını vaxtlı-vaxtında Sor-Sor Bələdiyyəsinin hesabına ödəmiş və torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. İcarəsində olan torpaq sahəsi ona verilərkən qanunvericiliyin tələbləri pozulmamış və o, icarəsinə verilmiş torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqnların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli çıxarış almışdır. İcarəsində olan torpaq sahəsindən istifadə sahəsində heç bir qanun pozuntusuna yol verməmişdir. Həmin torpaq sahəsində heyvan saxlamaq üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yüngül konstruksiyalı tikinti işləri aparsa da əlavə heç bir iş görməmiş, həmçinin torpaq sahəsinin üst qatının götürülməsi ilə əlaqədar heç bir iş göriməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil* Cavabdehla eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *6 saylı Ucar Ərazi İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında X*3 publik hüquqi şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatların nümayəndələri heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında dindirilmiş şahid X*2 ifadəsində göstərdi ki, 20*9-cu ilin noyabr ayında icarəyə torpaq sahəsi götürmək üçün Kürdəmir rayonunun Sor-Sor Bələdiyyəsinə müraciət etmişdir. Torpaq sahəsi almaq üçün Sor-Sor Bələdiyyəsinin qərarına əsəsən Hərracların Təşkili üzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə şəxsən özü iştirak etmişdir. Lakin həmin müsabiqədə Sor-Sor Bələdiyyəsinin satışa çıxartdığı 40,9 ha torpaq sahəsini müsabiqə yolu ilə X23 əldə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayonu X7 və Müsabiqə keçirilməsi barədə 26.**.20*9-cu il tarixli iclas protokolunun *2 nömrəli qərarından çıxırışdan görünür ki, Sor-Sor Bələdiyyəsinin icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmaqla Sor-Sor Bələdiyyəsinin icarəyə verilən 40,90 ha torpaq sahəsinin kənd təsərrüfatı ilə (heyvandarlıq) məşğul olmaq məqsədilə açıq müsabiqə keçirilməsi, müsabiqədə icarənin aşağı həddi hər hektar üçün 26 manat ümumi məbləğ *063,40 manat, icarə müddəti *5 il müəyyən edilməsi və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Torpaq, Müsabiqə və Hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı sədri İsmayılov Tofiq tərəfindən X3* və Hərrac komissiyasının sədri cənab Nizami Qasımova ünvanlanmış 26.**.20*9-cu il tarixli, *35 nömrəli məktubun surətindən görünür ki, İddiaçı kənd təsərrüfatı (heyvandarlıq) üçün icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılacaq 40,9 ha torpaq sahəsinin sənədləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsində 27*9008072 saylı, 25.**.20*9-cu il tarixdə qeydiyyatdan keçmiş planı ölçüsü qeydiyyata alınmış və Sor-Sor Bələdiyyəsinin 26.**.20*9-cu il tarixli, *2 nömrəli protokolundan çıxarış alınmışdır. Həmin torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün sənədləri X3* və Hərrac komissiyasına təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.**.20*9-cu il tarixli, 27*9008072 nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən 40,9 ha torpaq sahəsi ehtiyyat fond torpaqları olmaqla Sor-Sor Bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş müsabiqədə, həracda iştirak etmək üçün X2, X3 və Cavabdeh 28.*2.20*9-cu il tarixli ərizələrinin surətindən görünür ki, onlar ayrı-ayrılıqda Kürdəmir rayonu ərazisində Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 409000 kv.metr və ya 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X24 Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştiraklarının təmin edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X24 Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə 09.0*.2020-ci il tarixli iclasının 02 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh 09.0*.2020-ci il tarixdə keçirilən torpaq müsabiqəsinin qalibi olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X20 AM 0*0485 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayonu ərazisində yerləşən Sor-Sor Bələdiyyəsinin mülkiyyətində orlan 409000 kv.metr və ya 40,9 ha olan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 09.0*.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olduğuna görə ona şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəkində Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı 05.05.202*-ci il tarixli, *2 nömrəli məktubundan görünür ki, İddiaçı Çöl-Ərəb kəndində 97 fərdi yaşayış evində 677 nəfər sakin yaşayır. Çöl- Ərəb kəndinin ümumi torpaq sahəsi *349,0 hektardır. Bundan xüsusi mülkiyyətdə 278,0 ha, dövlət mülkiyyətiqndə 20,0 ha, icarədə 2*0,0 ha, həyətyanı sahədə *00,0 ha, bələdiyyənin örüş təyinatlı torpaq sahəsi 350,0 ha, 258 ha isə digər sahələr təşkil edir. İddiaçı Çöl-Ərəb kəndində 350,0 ha örüş təyinatlı torpaq sahəsi kənd əhalisinin sərbəst istifadəsindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi tərəfindən Cavabdeh icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olmaqla Çöl-Ərəb kəndi ərazisində yerləşməsinə baxmayaraq tərtib olunmuş bütün sənədlərdə həmin torpaq sahəsinin Sor-Sor kəndi ərazisində yerləşdiyi göstərilməklə Çöl-Ərəb kəndi ərazisində yaşayan kənd saknlərinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmələrində bəzi çətinliklər yaratmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adından X** ilə Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş *4.0*.2020-ci il tarixli İcarə müqaviləsindən görünür ki, Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsi *4.0*.2035-ci il tarixə kimi Cavabdeh icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonunun Sor-Sor kəndində yerləşən Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan Ehtiyyat fondu torpaqlarından (örüş otlaq) Cavabdeh icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş *4.0*.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh Sor-Sor Bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş 3*.03.202*-ci il tarixli, 752944*39 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh Sor-Sor Bələdiyyəsinin hesabına **86,00 manat məbləğində icarə haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Aparıcı-məsləhətçisi müfəttiş X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh *5 il müddətinə verilmiş 40,9 ha torpaq sahəsinə Cavabdeh və İddiaçı sədri X6 iştirakı ilə baxış keçirilmiş və torpağın üst qatının qazılmamsı, bənd vurulması, arx (kanal) qazılması, süni su hovuzları və ya çalalar yaradılması Ekologiya və təbii Sərvətlər Nazirliyinin səlahiyyətinə aid olmaması müəyyən edilmiş, ərazidə olan ağac və ya kol bitkilərinin (əvvəllər) məhvinə yönələn hərəkətlər (kəsilmə, çıxarılma) aşkar olunmamışdır. Həmin ərazidə qurunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd sahədə əvvəllər yanğın hadisəsi baş verdiyi aşkar olunmuşdur. Baxış zamanı onların şifahi sorğusuna cavab olaraq Sor-Sor Bələdiyyəsinin rəhbərliyi tərəfindən əvvəllər baş vermiş yanğın hadisəsinin Cavabdeh icarəyə verilmiş 40,9 ha torpaq sahəsinə aid olmaması barədə xx.xx.2022-ci il tarixli 08 saylı təsdiqedici arpayış verilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi tərəfindən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışdan görünür ki, 40,9 ha ərazi Sor-Sor Bələdiyyəsinin örüş-otlaq kateqoriyasına aid olmaqla *4.0*.2020-ci il tarixli 3M-3 saylı icarə müqaviləsinə əsasən Mingəçevir şəhər sakini Cavabdeh *5 il müddətinə icarəyə verilmişdir. Həmin ərazidə əvvəllər baş vermiş yanğın hadisəsi həmin ərazidən keçən qrunt suları üçün nəzərdə tutulmuş kanalla həmsərhəd olmaqla Cavabdeh icarəyə verilmiş 40,9 ha torpaq sahəsinin ərazisinə aid deyildir. İcarəyə verilmiş torpaq sahəsində çoban evinin yaxınlığında uzunluğu *5 metr, eni *0 metr olan su hovuzu mal-qaraların suvarılması və yanğından mühafizə məqsədi üçün nəzərdə tutulmuşdur. İcarəyə verilmiş torpaq sahəsinin daxilində mövcud olan əvvəllər qazılmış uzunluğu 80 metr, eni *2 metr, dərinliyi *,5 metr olan su hovuzu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ümumi iclasının 2*.04.202*-ci il tarixli, 06 nömrəli protokolundan görünür ki, Mingəçevir şəhər sakini Cavabdeh ilə bağlanmış 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi barədə qərar və icarə müqaviləsi ləğv edilmiş və torpaq sahəsi Çöl-Ərəb kənd sakinlərinin istifadəsinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq qərara alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, *. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 9060*2000845 reyestr nömrəsi ilə icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi (Torpaq sahəsinin planı və ölçüsü sənədi-AN 4*8673) elektron baza məlumatlarına əsasən Çöl-Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir. 2. *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün mütəxəssis tərəfindən cavablandırılması mümkün olmamışdır. 3. Cavabdeh icarəsinə verilmiş 40,9 ha torpaq sahəsində baxış zamanı * ədəd 34 kv.m sahəni əhatə edən qəzalı vəziyyətdə tikili (çoban evi) və qarşısında günlyün olması məlui oldu. Tikilinin tikinti qaydaları barədə müfəssəl məlumat, bu tikilinin torpağın təyinatına uyğun olaraq icazə verilib-verilməməsi *6 saylı Ucavr Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün sualın bu hissisəinin cavablandırılması mümkün olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, *0/6033 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın *-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin *6 saylı Ucar Ərazi İdarəsinin Yerqurluşunun təşkili şöbəsinin mühəndisi Yaşar Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 9060*2000845 reyestr nömrəsi ilə icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi (torpaq sahəsinin planı və ölçüsü sənədi-AN 4*8673) elektron baza məlumatlarına əsasən Çöl- Ərəb kənd ərazi vahidinin sərhədləri daxilində yerləşir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin *6 saylı Ucar Ərazi İdarəsinin Yerqurluşunun təşkili şöbəsinin mühəndisi Yaşar Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün mütəxəssis tərəfindən cavablandırılması mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin *6 saylı Ucar Ərazi İdarəsinin Yerqurluşunun təşkili şöbəsinin mühəndisi Yaşar Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh icarəsinə verilmiş 40,9 ha torpaq sahəsində baxış zamanı * ədəd 34 kv.m sahəni əhatə edən qəzalı vəziyyətdə tikili (çoban evi) və qarşısında günlyün olması məlum oldu. Tikilinin tikinti qaydaları barədə müfəssəl məlumat, bu tikilinin torpağın təyinatına uyğun olaraq icazə verilib-verilməməsi *6 saylı Ucar Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün sualın bu hissisəinin cavablandırılması mümkün olmadı. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, *6 saylı Vəkil Bürosunun Hüquqi yardımın göstərilməsi haqqında 09.07.202*-ci il tarixli, 393 nömrəli müqavilədən görünür ki, mülki işlə bağlı Bakı şəhəri *6 saylı Vəkil Bürosunun vəkili X* Sor-Sor Bələdiyyəsinə göstərəcəyi hüquqi yardıma görə *6 saylı Vəkil Bürosunun hesabğına 500 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş 3*.0*.2022-ci il tarixli, 0* nömrəli ödəniş qəbzindən görünür ki, Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsi ərazisində 43,72 ha kənd təsərrüfatı torpaq sahəsinin yerqurluşu planının hazırlanması üçün Sor-Sor Bələdiyyəsi tərəfindən Kadastr və X*8 Mərkəzi MMC-nin hesabına 637,04 maqnat məbləğində pul ödənilmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin, Cavabdeh və onun nümayəndəsinin izahatlarını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayonunun Sor-Sor Bələdiyyəsinin*4.0*.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən 40,9 ha torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı Sor-Sor Bələdiyyəsi ilə Cavabdeh arasında *4.0*.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında Cavabdeh torpaq sahəsində tikinti işləri aparmış, oradan istifadə etməyə başlamışdır. Torpaq sahəsi cavabdehin icarəsinə verilərkən Sor-Sor Bələdiyyəsi tərəfindən torpaq sahəsinin hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Həmçinin Sor-Sor Bələdiyyəsi mülkiyyətində olan 40,9 ha torpaq sahəsini icarəyə vermək məqsədi ilə Hərracların Təşkili üzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən təşkil olunmuş müsabiqədə Cavabdeh, X2 və X3 adları göbstərilsə də, Cavabdeh müsabiqədə tək iştirak edərək formal qalib elan olunmuş, digər iştirakçılar T.M.Cəbrayılovun və Şahidn müsabiqədə iştirak etmələri formal qeyd olunmuş və onlar həmin müsabiqədə iştirak etməmişlər. Belə ki, cavabdehə icarəyə verilən torpaq sahəsi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd əhalisinin örüş sahəsi kimi nəzərdə tutulmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.6-cı maddəsinə görə torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Göründüyü kimi Sor-Sor Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri pozulmuş, cavabdeh isə qanunvericiliyin tələbləri pozulmaqla onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmir. Torpaq sahəsində tikinti işləri və digər işlər görməklə torpağın təyinatını pozur. İddia tələbində qeyd olunan *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallar və faktlar mövcuddur. Belə ki, Kürdəmir rayonu Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı guya 09.0*.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş müsabiqə formal, əsassız və buna aid qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi qanunsuz bağlanmaqla yanaşı, cavabdeh həmin icarə müqaviləsimnin şərtlərini Azərbaycan Respublikası Torpaq Məcəlləsinə münasibətdə kobud surətdə pozmuş, eyni zamanda qeyd olunan torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09.0*.2020-ci il tarixdə keçirilən müsabiqə qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən, həm həmin müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, həm də bunun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsi üçün kifayət qədər ciddi əsaslar var. *4.0*.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız və əhəmiyyətsiz hesab edilməsinə dəlalət edən hallardan biri onun Sor-Sor Bələdiyyəsinin keçmiş sədri X** tərəfindən faktiki olaraq səlahiyyətlərinin olmadığı tarixdə imzalanmasıdır. Belə ki, Azərbaycan Respublikasında 20*9-cu ilin dekabr ayının 23-də keçirilən Bələdiyyə seçkiləri üzrə İddiaçınə də seçkilər keçirilmiş və mövcud 9 yer üzrə bələdiyyə üzvlərinin seçilməsi təsdiq edilmiş, həmin üzvlər sırasında keçmiş sədr X4 adı həmin siyahıda mövcud olmamış və ümumiyyətlə Sor-Sor Bələdiyyəsinə keçiriləcək seçkilərdə namizədliyini belə irəli sürməmişdir. Belə olan halda keçmiş bələdiyyə sədri X4 *6.0*.2020-ci il tarixədək De-yure səlahiyyəti olsa da, 23.*2.20*9-cu il tarixdən De-fakto səlahiyyətləri bitmişdir və bunu özü də əvvəlcədən bildirmişdir. T.İsmayılov bələdiyyə sədri kimi səlahiyyətləri bitəndən xeyli müddət sonra, yəni *4.0*.2020-ci il tarixdə mübahisələndirilən icarə müqaviləsini bağlamış, bu isə həmin icarə müqaviləsinin formal və qanunsuz olmasına dəlalət etməklə yanaşı, onun bu hərəkətləri, təmsil etdiyi və rəhbəri olduğu hüquqi şəxsin maraqlarına ziddir. Cavabdeh həmin torpaq sahəsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq istismar və talan etməklə torpağın üst qatını müəyyən dərinliklərdə qazaraq orada torpaq bəndlər, su hovuzları, balıq saxlamaq üçün süni göl yaratmaqla, torpağın təyinatına zidd üzərində daşınmaz obyektlər-tikililər tikməklə həmin ərazidə olan ağac və kol bitkilərini yandıraraq tamamilə məhv etmişdir. Cavabdeh icarəsinə verilmiş 40,9 ha torpaq sahəsi Çöl-Ərəb kəndi ərazisində yerləşməklə həmin kənddə yaşayan əhalinin ümumi örüş sahəsi olmuş, lakin Sor-Sor Bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin saxta sənədlərə əsasən Cavabdeh icarəsinə verilməsi nəticəsində kənd camaatı qanuni istifadəsində olan ümumi örüş sahəsindən məhrum olmuşlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin *6-cı maddəsinin *-ci bəndinin tələbinə görə Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibatiərazi vahidləri arasında bölüşdürülür. Həmin maddənin 2-ci bəndində göstərilir ki, yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun *0-*-ci maddəsində müəyyən edilmiş edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Həmin maddənin 4-cü bəndinə əsasən yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkili istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarınqdan, örüş və biçənək sahələrindən səimərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Həmin maddənin 5-ci bəndinin tələbinə görə örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun *4.02.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5*-ci maddəsinin *-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların münbit qatının bərpasıartırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyət və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi, torpaqlardanq haqqı ödənilməklə istifadə edilməsi və müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması bələdiyyə torpaqlarının edilməsinin əsas prinsipləridir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməklə icarəyə verilir. Həmin Qanunun 6.6-cı maddəsinə istinadən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstəriliməlidir. Həmin Qanunun **.*-ci maddəsinə əsasən bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. “Torpaq İcarəsi haqqında“ Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə torpaqlar icarəyə verilərkən ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması, torpaqların təyinatı üzrə istifadə edilməsi, torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi, torpaq sahələrinin yerqurluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsinə əməl edilməlidir. İş materiallarından göründüyü kimi Sor-Sor Bələdiyyəsi tərəfindən Cavabdeh icarəsinə Çöl-Ərəb kəndi ərazisində yerləşən bələdiyyənin ehtiyat fond torpaqlarından 40,9 ha torpaq sahəsi verilərkən Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərinin maraqları nəzərə alınmamış və bu da haqlı olaraq onların narazılığına səbəb olmuşdur. Belə ki, Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan və Çöl-Ərəb kəndi ərazisində yerləşən 40,9 ha mübahisəli torpaq sahəsi Hərracların Təşkili üzrə X24 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına çıxarılarkən həmin torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kəndində yaşayan kənd sakinlərindən bir nəfər də olsun torpaq müsabiqəsində iştirak etmək üçün ərizə vermədiyi halda, torpaq müsabiqəsində Mingəçevir şəhərində yaşayan hazırki iş üzrə cavabdeh olan Cavabdeh, digər iki nəfər isə Sor-Sor kənd sakinləri, X*2 ilə X*0 ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi Sor-Sor Bələdiyyəsinin keçmiş rəhbərliyi Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan Çöl-Ərəb kəndi ərazisində yerləşən icarə predmeti olan 40,9 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi həmin torpaq sahəsinin yerləşdiyi Çöl-Ərəb kənd sakinlərinə heç bir məlumat verilməmiş və həmin sənədlər keçmiş bələdiyyə sədrinin özü tərəfindən Cavabdeh mənafeyinə xidmət göstərmək şərti ilə hazırlanmış müsabiqədə iştirak edəcək digər iki iştirakçı isə şərti olaraq seçilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ümumi iclasının 2*.04.202*-ci il tarixli, 06 nömrəli protokoluna əsasən caavabdeh, Mingəçevir şəhər sakini Cavabdeh ilə Sor-Sor Bələdiyyəsi arasında bağlanmış 40,9 ha torpaq sahəsinin icarəyə verilməsi barədə qərarı və *4.0*.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Qeyd edilən icarə müqaviləsi Sor- Sor Bələdiyyəsinin qərarına əsasən ləğv edildiyindən həmin icarə müqaviləsinə əsasən Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmllakın Dövlət reyestri tərəfindən verilmiş 2*.0*.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış *4.0*.2020-ci il tarixli icarə müqaviləsi Sor-Sor Bələdiyyəsinin 2*.04.202*-ci il tarixli, 06 nömrəli ümumi iclasının qərarı ilə ləğv eldiyindən, bu hal cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin *03-cü maddəsinin *-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.*-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun *-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə veriləsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh verilmiş 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməli, Cavabdeh və digər şəxslər əmlakları ilə birlikdə Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi boşaldılaraq Sor-Sor Bələdiyyəsinə təhvil verilməli, hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan 40,9 ha torpaq sahəsinin Cavabdeh icarəyə veriləsinə əsas olmuş həmin torpaq sahəsi ilə bağlı 09 yanvar 2020-ci il tarixdə keçirilmiş müsabiqənin (hərracın) nəticələrinin (buna dair protokolun, şəhadətnamənin və s.) etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Cavabdeh verilmiş 2*.0*.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. Cavabdeh və digər şəxslər əmlakları ilə birlikdə Sor-Sor Bələdiyyəsinin mülkiyyətində olan 40,9 ha torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahəsi boşaldılaraq Sor-Sor Bələdiyyəsinə təhvil verilsin. Hüquqi yardım üçün ödənilmiş 500 manat və ekspertiza keçirilməsi üçün ödənilmiş 637,04 manat, cəmi **37,04 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı Sor-Sor Bələdiyyəsinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: *42595, büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 2*0005, VÖEN *40*555507*, Müxbir hesab AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22 VÖEN *70032662*, hesab AZ34CTRE**********000208850* nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-713/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-713/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver