Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1940/2023 22.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı Cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı borcun silinməsi barədə kiçik mübbahisələr üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyi (bundan sonra “Azəriqaz” İB) tərəfindən 412 manat əsassız borcun hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh “Azəriqaz” İB hazırkı iş üzrə İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 508 manat tutulması ilə bağlı Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(041)- 90/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 154 manat məbləğində borcun tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(106)-2335/2019 nömrəli qətnaməsinə əsasən Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-90/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq əsassız olaraq hesabında qalan 412 manat borc onun hesabından silinməmişdir. Onun saldo üzrə bildirişdə qeyri- qanuni hesablanmış borcu 412 manat debitor borc yuxarıda adı çəkilən hüquqi akta əsasən silinməli olduğu halda hesabında debitor borc kimi saxlanılmışdır. Ona görə də məhkəmə qətnaməsi üzrə qət edilmiş silinməsi tövsiyyə edilən 412 manat borcun hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2023-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdeh “Azəriqaz” İB-nə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarına əlavə olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2029-cu il tarixli, 2(106)-1940/2019 nömrəli qətnaməsindən görünür ki, Kürdəmir rayon Məhkəməsinin 25.02. 2019-cu il tarixli, 2(041)-2335/2019 nömrəli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən etdi ki, cavabdeh “Azəriqaz” İB hazırkı iş üzrə İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 633 manat tutulması ilə bağlı Kürdəmir rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Kürdəmir rayon Məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək 154 manat məbləğində borcun tutulması ilə bağlı xx.xx.2019-cu il tarixli, 2(041)-90/2019 saylı qətnamə qəbul etmiş, qətnamə Şirvan Apellyasiya Məhkəməsinin 10.09. 2019-cu il tarixli, 2(106)-2335/2019 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, qalan 403 manat borc məbləği onun hesabından silinməmişdir. Məhkəmə, cavabdeh “Azəriqaz” İB-nə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iş üzrə də, mübahisə Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-90/2019 saylı qətnaməsi ilə həll edilmiş, lakin iddia tələblərindən kənara çıxa bilmədiyinə görə məhkəmə təmin edilməmiş 412 manat borc məbləğinin silinməsi barədə “Azəriqaz” İB-nin üzərinə vəzifə qoymamış, bu səbəbdən də, həmin qətnamənin icrası zamanı təmin edilməyən hissə iddiaçının hesabından silinməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 412 manat borc məbləğinin İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia təmin edildiyinə görə 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 412 (dörd yüz on iki) manat borc məbləğinin İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1940/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1940/2023
22.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver