Məhkəmə qərarları › İş №2(041)-200/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-200/2024

19.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-200/2024 19.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş qardaşı X4 fiziki qüsuruna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-2003/2023 nömrəli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3629 nömrəli Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 95 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qardaşı X7 xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulub. O, anadangəlmə fiziki qüsurlu doğulmuşdur. Valideynləri onu uzun müddət müalicə etdirsələr də, müalicənin heç bir nəticəsi olmamışdır. Rəşad hazırda Kvadroplegik spastik serebral iflic, Uşaq Serebral iflici kvadroplegik forma, spastik teraplegiya, spastik teraplegiya, oliqofreyniya dianqnozu ilə xəstəlikdən əziyyət çəkir, özünü idarə edə bilmir və kənar şəxsin köməyinə ehtiyacı var. Rəşad xəstəliyi ilə bağlı Kürdəmir rayon polklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. Rəşad hal-hazırda psixi qusurlu olmaqla başqa heç nəyə malik deyil, psixi qüsurün nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, baxmaqdan başqa heç nəyə malik deyildir. Xəstəliyi ilə bağlı ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz olaraq birinci dərəcəli əllilik verilmişdir. Qardaşı Rəşadın psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiyinə görə kənar şəxsin daimi qulluğuna ehtiyacı var. Ona görə də xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş qardaşı X4 fiziki qüsuruna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir rayon İcra Hakimyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA5192709 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial EKspert Komissiyasında çap tarixi xx.xx.2023-cü il olan sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X1 iflici kvadroplegik forma, spastik teraplegiya, spastik teraplegiya oliqofreyniya dianqnozu ilə xəstəlikdən əziyyət çəkməklə kənar şəxsin daimi köməyinə ehtiyacı var. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3629 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi qardaşı X7 xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində doğulub. O, anadangəlmə fiziki qüsurlu doğulmuşdur. Valideynləri onu uzun müddət müalicə etdirsələr də, müalicənin heç bir nəticəsi olmamışdır. Rəşad hazırda Kvadroplegik spastik serebral iflic, Uşaq Serebral iflici kvadroplegik forma, spastik teraplegiya, spastik teraplegiya, oliqofreyniya dianqnozu ilə xəstəlikdən əziyyət çəkir, özünü idarə edə bilmir və kənar şəxsin köməyinə ehtiyacı var. Rəşad xəstəliyi ilə bağlı Kürdəmir rayon polklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. Rəşad hal-hazırda psixi qusurlu olmaqla başqa heç nəyə malik deyil, psixi qüsurün nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, baxmaqdan başqa heç nəyə malik deyildir. Xəstəliyi ilə bağlı ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz olaraq birinci dərəcəli əllilik verilmişdir. Qardaşı Rəşadın psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiyinə görə kənar şəxsin daimi qulluğuna ehtiyacı var. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3629 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Xırdarpay kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Xırdarpay kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edisin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar