Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2047/2024 25.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı X2 Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı Kürdəmir rayonu, Məhərrəmli kəndində mərhum anası X1 miras qalmış 11481,31 kv.metr həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölunməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti DƏDRK və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən Kürdəmir rayonunun Topalhəsənli kəndində yerləşən və ümumi birgə mülkiyyətlərinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsinin naturada bölunməklə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərinin ona qaytarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdəki sənədləri tədqiq edərək, habelə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı X2 Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı Kürdəmir rayonu, Məhərrəmli kəndində mərhum anası X1 miras qalmış 11481,31 kv.metr həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölunməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı X2 Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı Kürdəmir rayonu, Məhərrəmli kəndində mərhum anası X1 miras qalmış 11481,31 kv.metr həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölunməsi tələbinə dair ərizədən imtina etməsinə dair ərizəsi qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-2047/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2047/2024
25.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver