Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-210/2023 04.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada bölünməsi, ona məxsus evin qarşısında qanunsuz inşa edilmiş tikilidən çıxarılması və tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin bərabər paylarla aralarında naturada bölünməsi, küçədən evinin yerləşdiyi hissəyə olan giriş-çıxış qapısı istifadəsində saxlamaqla 0,15 ha torpaq sahəsi onun, digər giriş-çıxış qapısı cavabdeh X3 istifadəsində saxlanılaraq həmin hissədə olan 0,15 ha torpaq sahəsinin axırıncının mülkiyyətində saxlanılması, ona məxsus evin tam qarşısında özbaşına qanunsuz inşa edilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi və onun yerləşdiyi ev xx.xx.2005-ci il tarixdə vəfat etmiş bibisi X5 məxsus olmuş, axırıncının növbəli vərəsələri olmamış və sağlığında yəni xx.xx.1992-ci il tarixli vəsiyətnamə əsasında Kürdəmir rayonunda yerləşən evi və evin yerləşdiyi torpaq sahəsini ona vəsiyyət etmişdir. Mirasqoyanın vəfatından sona ona vəsiyyət edilmiş miras əmlakı faktiki qəbul edib idarə etməyə başlamışdır. Lakin Bakı şəhərində yaşadığından həmin evin həyətyanı sahəsinə və orada olan meyvələrə baxmaq üçün Kürdəmir rayon Atakişili kənd sakini X6 xx.xx.2008-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir. 2018-ci ildə etibarnamənin müddətinin bitməsi və evin sənədlərinin alınması səbəbindən həmin evə gəlmiş, ona məxsus evin qarşısında sonuncunun qardaşı Cavabdeh2 ev tikdiyini, onun evinin isə mal tövləsi etdiyini müəyyən etmişdir. Bundan sonra cavabdehdən onun evinin qarşısında tikilmiş evin sökülməsini tələb etsə də sonuncu bundan imtina etmişdir. Bundan əlavə cavabdeh X3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsi rəsmi olaraq 0,30 ha olmuş olsa da, faktiki olaraq istifadəsində 0,1 ha torpaq sahəsi mövcuddur. İddiaçı iddianın təmin edilərək cavabdeh X7 ilə ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin bərabər paylarla arasında naturada bölünməsi, küçədə evin yerləşdiyi hissəyə olan girişçıxış qapısı istifadədə saxlamaqla 0,15 ha torpaq sahəsi onun, digər giriş-çıxış qapısı cavabdeh X3 istifadəsində saxlanılaraq həmin hissədə olan 0,15 ha torpaq sahəsinin axırıncının mülkiyyətində saxlanılması, ona məxsus evin tam qarşsısında oz başına qanunsuz inşa edilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil izahatında bildirdi ki, xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən mübahisəli daşınmaz əmlak ümumi sahəsi 30.50 kv.m-dən ibarət fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsindən ibarətdir. Fərdi yaşayış evə və ümumi torpaq sahəsi İddiaçı, ümumi birgə torpaq sahəsi isə X3 ümumi birgə mülkiyyətindədir. Yəni fərdi yaşayış evinin X4 heç bir aidiyyəti olmadığından, ümumi birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsinin tərəflər arasında bölgüsü zamanı mövcud olan ümumi sahəsi 30.50 kv.m-dən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0.15 ha torpaq sahəsinin tərkibində olması mütləq hal kimi nəzərə alınmalıdır. Digər tərəfdən, X7 ümumi birgə mülkiyyətdə olan 0.30 ha torpaq sahəsinin bir hissəsini digər mülkiyyətçinin razılığı olmadan Cavabdeh2 satmış və sonuncu mübahisəli torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsinin alqı-satqısı və eləcə də, Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evi sənədləşdirilməmişdir. Ekspert rəylərində torpaq sahəsinin bölgüsü zamanı Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı düşən 0.15 ha torpaq sahəsinin tərkibində olması onu göstərir ki, evin və torpaq sahəsinin naturada bölgüsünü təmin etmək həmin sənədsiz ev də cavabdeh tərəfindən sökülməlidir. İddia tələblərini təsdiq edən ekspert rəylərini nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsini Sərxanə Əhmədovadan almışdır. Torpaq sahəsini Sərxanə Əhmədovadan alsa da bununla bağlı aralrında rəsmi al-satqı olmamış, ona görə də evə dair heç bir hüquqmüəyyənedici sənəd almamışdır. Torpaq sahəsini aldıqdan sonra həmin ərazidə özünə yaşayış evi tikmişdir. Onun evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsində tikilməmişdir. Sənədləşdirmə işləri aparılmasa da evi özbaşına yox, Sərxanə Əhmədovadan aldığı torpaq sahəsində tikmişdir. Mülkiyyətçilər arasında yaranmış mübahisənin ona heç bir aidiyyəti yoxdur, Sərxanə Əhmədova pulunu qaytardığı təqdirdə oradan çıxmağa hazırdır. Odur ki, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə digər cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 30.50 kv.m olan fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi üzərində İddiaçı, ümumi birgə torpaq sahəsi üzərində X7 hüquq sahibləri kimi tanınmışdır. xx.xx.2021-ci ildə evin texniki pasportu İddiaçı adına tərtib edilmiş, torpaq sahəsinin planı və fərdi yaşayış evinin yerləşdiyi koordinatlar qeyd edilmişdir. - 29 may 1992-ci il tarixdə qeydə alınmış vəsiyyətnamədə X1 rayonunun Atakişili kəndində yerləşən 1 otaqlı evini qardaşı qızı İddiaçı vəsiyyət etmiş, qalan bütün vərəsələri həmin paydan məhrum etmişdir. - xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2005-ci ildə ölmüşdür. - İddiaçı xx.xx.2008-ci il tarixdə X610 il müddətinə verdiyi etibarnamənin surəti işə əlavə edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(041)-1916/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşən İddiaçı ilə cavabdeh X3 ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. - Həmin torpaq sahəsinin müəyyən edilən koordinatları faktiki yerləşdiyi vəziyyətə uyğundurmu? - İddiaçı mülkiyyətində olan 30.50 kv.m sahəli fərdi yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsini İddiaçı istifadəsində saxlamaqla, evin arxa hissəsindən küçəyə giriş-çıxış qapısı açılmaqla ümumi birgə mülkiyyətlərində olan 0.30 ha torpaq sahəsinin İddiaçı ilə cavabdeh X7 arasında bərabər paylarla naturada bölünməsi mümkündürmü ? - Cavabdeh2 hazırda istifadə etdiyi fərdi yaşayış evi (özbaşına tikili) Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşən İddiaçı ilə cavabdeh X3 ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin koordinatları daxilində inşa edilmişdirmi ? - Mübahisəli torpaq sahəsi həmin qərardadın 3.3-cü bəndinə uyğun olaraq bölündüyü təqdirdə Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin (özbaşına tikili) yerləşdiyi ərazinin İddiaçı payına düşəcək 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. Göstərilən torpaq sahələri faktiki vəziyyətinə görə üstə-üstə düşərsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022ci il tarixli 10/6212 nömrəli ekspert rəyi natamam olmaqla tərəflərə məxsus torpaq sahələrinin dəqiq kordinatları müəyyən edilmədiyindən, Cavabdeh2 tərəfindən inşa edilmiş mənzilin bölgüdən sonra kimin torpaq sahəsinə aidiyyəti müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli 2(041)-240/2022 saylı qərardadla iş üzrə əlavə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşən, ümumi sahəsi 30.50 kv.m-dən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0.15 ha torpaq sahəsinin tərkibində olmaqla, həmin yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsini İddiaçı istifadəsində saxlamaqla, evin arxa hissəsindən küçəyə giriş-çıxış qapısı açılmaqla ümumi birgə mülkiyyətlərində olan 0.30 ha torpaq sahəsinin İddiaçı ilə cavabdeh X7 arasında bərabər paylarla naturada bölünməsi mümkündürmü ? . - Mübahisəli torpaq sahəsi həmin qərardadın 3.1-ci bəndinə uyğun olaraq bölündüyü təqdirdə Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin (özbaşına tikili) yerləşdiyi ərazinin İddiaçı və ya cavabdeh X3 payına düşəcək 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1851 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşən, ümumi sahəsi 30.5 kv.metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0.15 ha torpaq sahəsinin tərkibində olmaqla, həmin yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsinin İddiaçı istifadəsində saxlamaqla, evin arxa hissəsindən küçəyə giriş-çıxış qapısı açılmaqla ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin İddiaçı ilə cavabdeh X7 arasında bərabər paylarla naturada bölünməsi mümkündür. Bölgü sxemi rəyə əlavə edilir. Mübahisəli torpaq sahəsi həmin qərardadın 3.1-ci bəndinə uyğun olaraq bölündüyü təqdirdə Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı payına düşən 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşən, ümumi sahəsi 30.5 kv.metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0.15 ha torpaq sahəsinin tərkibində olmaqla, həmin yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsinin İddiaçı istifadəsində saxlamaqla, evin arxa hissəsindən küçəyə giriş-çıxış qapısı açılmaqla ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin İddiaçı ilə cavabdeh X7 arasında bərabər paylarla naturada bölünməsi mümkündür. Bölgü sxemi rəyə əlavə edilir. Mübahisəli torpaq sahəsi həmin qərardadın 3.1-ci bəndinə uyğun olaraq bölündüyü təqdirdə Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı payına düşən 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki iş üzrə də, xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 30.50 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ tam olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, evin bölgüsü mübahisə predmetinə aid edilməmişdir. Həmin çıxarışda sahəsi 0.30 ha olan ümumi birgə torpaq sahəsi üzərində isə İddiaçı və X7 hüquq sahibləri kimi tanındığı üçün, həmin torpaq sahəsi 1/2 hissəyə bölünməklə, İddiaçı və X3 hər birinin payı 0.15 ha təşkil edəcəkdir. Bölgü sərhəddi ekspertin təsdiq etdiyi torpaq sahəsinin bölgü sxeminə əsasən müəyyən edilmişdir. İddia tələbinin İddiaçı məxsus evin tam qarşısında və onun payına düşən 0,15 ha torpaq sahəsində özbaşına qanunsuz inşa edilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, ekspert rəyində Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı payına düşən 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyindən. həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. Həmin Məcəllənin 67-cı maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 103-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, torpaq sahəsinin bölgü sxeminə əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X3 payları müəyyən edilməli, İddiaçı payına düşən 0.15 ha torpaq sahəsində və mülkiyyətində olan fərdi yaşayış evinin qarşısında özbaşına tikilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmalı və həmin tikili Cavabdeh2 hesabına sökülməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat müştərək qaydada cavabdehlər X2 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, iş üzrə 100 manat ekspertiza xərci müştərək qaydada cavabdehlər X2 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Torpaq sahəsinin bölgü sxeminə əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X3 payları müəyyən edilsin. İddiaçı payına düşən 0.15 ha torpaq sahəsində və mülkiyyətində olan fərdi yaşayış evinin qarşısında özbaşına tikilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılsın və həmin tikili Cavabdeh2 hesabına sökülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat müştərək qaydada cavabdehlər X2 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci müştərək qaydada cavabdehlər X2 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-210/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-210/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver