Məhkəmə qərarları › İş №2(041)-2157/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2157/2024

15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2157/2024 15.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehndə Notariat ofisinə qarşı vərəsəlik haqqınbda şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə, habelə mərhum anası X1 miras qalmış Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakın qəbul edilməsi üçün müəyyənləşdirlmiş müddətin gecikdirilmə səbəbinin üzürlü hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia ərizəsi ilə tanış olaraq bildirdi ki, ərizə onun tərəfindən yazılmamış və imzalanmamışdır. Məhkəmə hesab edir ki, hazirki iddia ərizəsi iddiaçının məlumatı olmadan verildiyi və onun tərəfindən imzalanmadığı üçün mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Azərbaycan Respublikasının MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikasının MPM-in 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 261, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehndə Notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar