Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2164/2024 04.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyyəa İsmayıl qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul tələbinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, Kürdəmir rayonu, Pirili kənd sakini Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 2581 manat məbləğində debitor borcun və iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 45,81 manat dövlət rüsumunun, cəmi 2626,81manat pulun alınaraq "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərirəm ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İsehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə muəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00150 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2581 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh bu müddət ərzində cəmi 364 manat ödəniş etmiş yerdə qalan 2217 manat borcu isə ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Həmin puldan 1270 manat aktlar üzrə hesablanmış cərimə, qalan 947 manat isə debitor borcdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Odur ki, tərtib olunmuş akta və sərfiyyata görə ödənilməmiş 2217 manat məbləğində borcun ödənilməsi barədə iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan 978307 nömrəli “Enenrjitəhcizatı müəsissəsi ilə məişət abonenti(əhalı) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, abonent kodu **********00150 olan Kürdəmir rayonu, Pirili kəndində yaşayan Cavabdeh ilə elektrik enerjisinin alqı-satqı müqviləsi bağlanmışdır. İş materiallarında olan “xx.xx.2015-xx.xx.2024-cü il dövrdə abonentin ödəniş və sərfiyyatı barədə məlumat” vərəqindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixədək elektrik enerjisi sərfiyyatına görə yaranmış borcu 2581 manat təşkil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli,69 nöçmrəli “Pretenziya”dan görünür ki, abonent kodu **********00150 olan Kürdəmir rayonu, Pirili kəndində yaşayan Cavabdeh məhkəmədən kənar 2581 manat borcun ödənilməsi,əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-248/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış cəriənin silinməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2561/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsindən gürünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 248/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən ilk növbədə cavabdehin ondan elektirik enerjisindən istifadə edilməsi görə tələb edilən debitor borcun silinməsi bağlı iddiası üzrə qəbul edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 248/2021 saylı qətnaməsinin preyudisial əhəmiyyət daşıdığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və işdə olan sübutlarla müəyyən edilir ki, abonent kodu **********00150 olan Kürdəmir rayonu, Pirili kəndində yaşayan Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında xx.xx.2024-cü ildə elektrik enerjisinin alğı-satqısının birtipli müqviləsi bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər üzərinə öhdəliklər götürmüş, iddiaçı təşkilat cavabdehə enerji satışını həyata keçirməyi, cavabdeh isə sərfiyyat üzrə enerjinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini lazımınca yerinə yetirməmiş və onun 947 manat debitor borcu yaranmışdır. Eləcə də, Kürdəmir rayonu, Pirili kəndində yaşayan Cavabdeh evinə quraşdırılmış sayğaca "xxxx" ASC-nin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda baxış keçirilmiş, baxış zamanı sayğaça qanunsuz müdaxilə faktları ilə əlaqədar aktlar tərtib edilmişdir. Aktlar üzrə Cavabdeh 1270 manat cərimə hesablanmışdır. Həm debitor borc və hesablanmış cərimənin silinməsi ilə əlaqədar iddiaçı Cavabdeh tərəfindən Kürdəmir rayon Məhkəməsində iddia qaldırılmış və onun iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Cavabdeh xəbərdarlıq bildirişi göndərilmiş, lakin o, cəmi hesablanmış və hazırkı vaxta olan 2217 manat borcu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.14-cü bəndinə görə, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qərarın 9.1-ci bəndində əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qərarın 8.32-ci bəndində göstərilmişdir ki, 8.32-ci bəndinə əsаsən məişət аbоnenti (mənzillər üzrə hesаblаşmа elektrik sаyğаcı yаşаyış binаsının girişində, yаxud pilləkən meydаnçаsındа qurаşdırılmış məişət аbоnenti istisnа оlmаqlа) tərəfindən 6 hesаblаşmа sаyğаclаrının qоşulmа sxeminin dəyişdirilməsi, sаyğаcın bаxış şüşəsinin sındırılmаsı, plоmbun qırılmаsı, sаyğаcın diskinin süni şəkildə dаyаndırılmаsı və elektrik enercisindən istifаdə göstərişini аzаltmаq məqsədi ilə edilmiş digər pоzuntulаrа yоl verildiyi аşkаr edildikdə, enerjitəchizаtı müəssisəsi оnu şəbəkədən аçmаlı və hesаblаşmа sаyğаcının sоnuncu dəfə əvəz оlunmаsı və yа qоşulmа sxeminin yоxlаnmаsı tаrixindən sоnrаkı müddət üçün, аncаq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsində nəzərdə tutulmuş iddiа müddəti dаxilində eletrik enercisindən istifаdəyə görə yenidən hesаblаşmа аpаrmаğа bоrcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı həm enerji sərfiyyatı üzrə borcun, həm aktlar üzrə hesablanmış cərimənin cavabdeh tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iddia tələbini əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-241, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayonu, Pirili kəndində yaşayan Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə və aktlar üzrə hesablanmış cəriməyə görə yaranmış cəmi 2217 (iki min iki yüz on yeddi) manat təşkil edən pul vəsaiti və ödənilmiş 45,81 manat dövlət rüsumunun əvəzi alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-2164/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2164/2024
04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver