Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-221/2024 31.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək **.*0.2020-ci il tarixdə ölmüş mərhum oğlu X4 ümumi birgə pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, özünə məxsus Kürdəmir rayonunun Xırdapay kəndində 0.*2 ha torpaq sahəsində *53.2 kv. metr olan yaşayış evi var və həmin yaşayış evinə dair dövlət reyesterindən çıxarış alıb. Həyat yoldaşı səmayə Qədirova və oğlu Elman Qədirov vəfat ediblər. Özünə məxsus Kürdəmir rayonunun Xırdapay kəndində 0.*2 ha torpaq sahəsində *53.2 kv. metr olan yaşayış evi nəvəsinə bağışlamaq istəyir. Bununla bağlı sənədlərini Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə təqdim etmiş və oradan bildiriblər ki, vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınması üçün müddəti buraxmışdır. Ona görə də **.*0.2020ci il tarixdə ölmüş mərhum oğlu X4 ümumi birgə pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir İş materiallarına əlavə edilmiş 06.0*.2022-ci il tarixli, 272*0*3753 nömrəli çıxarışdan gürünür ki, İddiaçı ümumi birgə mülkiyyətində Kürdəmir rayonunun Xırdapay kəndində 0.*2 ha torpaq sahəsində *53.2 kv. metr olan fərdi yaşayış evi var. İş materiallarına əlavə edilmiş və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23.08.*97*-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı göndərilmiş 28.*2.2022-ci il tarixli, *356 nömrəli məktubdan görünür ki, onun X2 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı olan müraciətinə miras payın qəbul müddəti ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının izahatını ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləei Dövlət Komitəsi Yanında Dsaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən 06.0*.2022-ci il tarixli, 272*0*3753 nömrəli, 9060*30540*7-*030* reyestr nömrəli Çıxarışa əsasən, ərizəçi İddiaçı mərhum oğlu X6 və yeddi nəfərdə daxil ümumi birgə mülkiyyətləri - Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən 0,*2 ha torpaq sahəsində *53,2 kv\m fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ərizəçinin oğlu mərhum X5 daxil olmaqla yeddi nəfərin ümumu birgə mülkiyyətidir. Həmin yaşayış evindən hazırda iddiaçı özü istifadə edir və həmin əmlakı nəvəsinə bağışlamaq və sənədləşdirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi İddiaçı **.*0.2020-ci il tarixdə ölmüş mərhum oğlu X* birgə mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən 0,*2 ha torpaq sahəsində *53,2 kv\m fərdi yaşayış evinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməklə ərizəçi İddiaçı **.*0.2020-ci il tarixdə ölmüş mərhum oğlu X6 ilə birgə mülkiyyətində olan Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən 0,*2 ha torpaq sahəsində *53,2 kv\m fərdi yaşayış evinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı **.*0.2020-ci il tarixdə ölmüş mərhum oğlu X4 ümumi birgə pay üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-221/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-221/2024
31.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver