Məhkəmə qərarları › İş №2(041)-235/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-235/2023

10.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-235/2023 10.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil iştirakı ilə, İddiaçı 4 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2V-688 reyestr nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və şəhadətnamə əsasında Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 45,89 saylı mənzilə Cavabdeh adına verilmiş çıxarışın və xx.xx.2021-ci il tarixdə 4Ə-146 reyestr nömrəsi ilə təsdiq olunmuş bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 45,89 saylı mənzilə X2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarıliması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı 4 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə İddiaçı nümayəndəsi Vəkil ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı 4 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar