Məhkəmə qərarları › İş №2(041)-246/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-246/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-246/2025 13.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2270,66 (iki min iki yüz yetmiş) manat borc və ödənilmiş 42,90 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "Azərişıq” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00264 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2270,66 (iki min iki yüz yetmiş) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 2270,66 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur."Azərişıq” ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi və olaraq bildirdi ki, kənar xəttdən istifadə etdiyi üçün cavabdehə xx.xx.2017-ci il tarixli, R 058138 saylı akt üzrə 183,46 man, xx.xx.2021 il tarixli, NDM 022831 saylı akt üzrə 730,92 man, xx.xx.2021-ci il tarixli, R 247492 saylı akt üzrə 307,79 man, xx.xx.2022-ci il tarixli, R 276264 saylı akt üzrə 0298,74 man, xx.xx.2022-ci il tarixli, R 285942 saylı akt üzrə 71,82 manat, xx.xx.2023 il tarixli, R 301261 saylı akt üzrə 201,76 man, xx.xx.2023-ci il tarixli, R 314142 saylı akt üzrə 103,9 manat əlavə sərfiyyat hesablanmış, qalan məbləğ isə istifadə etdiyi elektrik enerjisindən yaranmış borcdur. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur. xx.xx.2017-ci il tarixli aktdan xəbəri var özü imzalayıb. Həmin aktda onun sayğacının yandığı qeyd olunub. Həqiqətən də sayğac yanıb və o sayğacın pulunu elektrik şəbəkəsinin kassasına ödəyib, çekləri var. Lakin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktları imzalamadığını, həmin aktlardan məhkəmədə xəbər tutduğunu bildirdi. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunan borc barədə arayışdan görünür ki, abunə kodu **********00264 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "Azərişıq” ASC-yə cəmi 2270,66 (iki min iki yüz yetmiş) manat borcu yaranmışdır. Həmin borcun 1898.39 (bir min səkkiz yüz doxsna səkkiz) hissəsi cavabdeh tərəfindən "Elektrik enerjisndən istifadə Qaydaları"nın pozulması haqqında tərtib olunmuş müvafiq aktlara əsasən, 372,27 (üç yüz yetmiş iki) hissəsi faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödəməməsi səbəbindən yaranmışdır. Belə ki, 1). xx.xx.2017-ci il tarixli, R 058138 saylı akt üzrə; 1,16 kvt x 24 saat x 130 gün x 0,7 = 2506 kvts; Tarif (-2305 kvts x 0,07 man) = Tarif (-201 kvts x 0,11 man) = 22,11 man, cəmi 183,46 man. 2). xx.xx.2021 il tarixli, NDM 022831 saylı akt üzrə, 1,3 kvt x 24 saat x 365 gün x 0,7 = 7972 kvts; Tarif (-3650 kvts x 0.07 man= 255.50 man ; Tarif (-4322 kvts x 0.11 man)= 475,42 man, cəmi 730,92 man. 3). xx.xx.2021-ci il tarixli, R 247492 saylı akt üzrə 1,1 kvt x 24 saat x 180 gün x 0,7 = 3326,4 kvts; Tarif (-1340 kvts x 0,07 man = 93,80 man, Tarif (307 kvts x 0,08 man) = 24.56 man; Tarif (153 kvts x 0,09 man= 13.77 man) ; Tarif (-1136 kvts x 0,11 man) = 124.96 man; Tarif (390 kvts x 0,13 man = 50,70 man ) Cəmi: 307,79 man. 4). xx.xx.2022-ci il tarixli, R 276264 saylı akt üzrə 0,57 kvt x 24 saat x 240 gün x 0,7 = 2298,24kvts; Tarif (-2298,24 kvts x 0,13 man)= 298,74 man, 5). xx.xx.2022-ci il tarixli, R 285942 saylı akt üzrə: 3,2 kvt x 24 saat x 67 gün x 0,7 = 793 kvts Tarif (-447 kvts x 0,08 man) = 35,76 man; Tarif (-223 kvts x 0,09 man)= 20.07 man; Tarif (-123 kvts x 0,13 man = 15.99 man, cəmi 71,82 6). xx.xx.2023 il tarixli, R 301261 saylı akt üzrə; 4,62 kvt x 24 saat x 20 gün x 0,7 = 1552 kvts; Tarif (-1552 kvts x 0,13 man 201,76 man, 7). xx.xx.2023-ci il tarixli, R 314142 saylı akt üzrə 0,61 kvt x 24 saat x 120 gün x 0,7 = 1229,76 kvts; Tarif (-800 kvts x 0,08 man = 64,00 man; Tarif (-400 kvts x 0,09 man = 36.00 man; Tarif (-30 kvts x 0,13 man 3,90 man) cəmi 103,9 man borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 67 nömrəli pretenziyanın surətinə əsasən Kürdəmir rayonu Karrar kəndində yaşayan istehlakçı Cavabdeh Məhəmməd oğlunun elektrik enerjisindən istifadəyə görə xx.xx.2024cü il tarixə 2108.18 manat məbləğində borcunun olduğu barədə ona xəbərdarlıq edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Hazırki iş üzrə də borcun yaranmasına əsas verən aktlar tərtib edilərkən "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə əməl edilsə də, hesablaşma zamanı müddətin müvafiq olaraq 109, 180, 360 və sair gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən enerjiyə adekvatlığına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma akt üzrə 30 gün götürülməklə, məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş elektrik enerjisinə görə 1)xx.xx.2017-ci il tarixli, R 058138 saylı akt üzrə 1,16 kvt x 24 saat x 30 gün = 835 kvts x 0,11 man = 91.88 manat; 2) xx.xx.2021 il tarixli, NDM 022831 saylı akt üzrə, 1,3 kvt x 24 saat x 30 gün = 936 kvts x 0.11 man= 102.96 man. 3). xx.xx.2021-ci il tarixli, R 247492 saylı akt üzrə 1,1 kvt x 24 saat x 30 gün = 792 kvts x 0,11 man = 87.12 man; 4). xx.xx.2022-ci il tarixli, R 276264 saylı akt üzrə 0,57 kvt x 24 saat x 30 gün x 0,13 man= 53.36 man, 5). xx.xx.2022-ci il tarixli, R 285942 saylı akt üzrə: 3,2 kvt x 24 saat x 30 gün x 0,7 = 793 kvts x 0,13 man)= 103.09 manat; 6). xx.xx.2023 il tarixli, R 301261 saylı akt üzrə 2 kvt x 24 saat x 20 gün x 0,7 = 960 kvts x 0,13 man =124 man, 7). xx.xx.2023-ci il tarixli, R 314142 saylı akt üzrə 0,61 kvt x 24 saat x 30 gün x 0,7 = 439 kvts x 0,13 man = 57.10 manat (cəmi 620 manat) əlavə hesabat aparılmalı, qalan 1488.21 manat (2108.21-620=1488.21) akt üzrə hesablanmış məbləğ cavabdehin hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 162.45 manat (807.45-645) debitor borcu və aktlar üzrə əlavə olaraq hesablanmış 620 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Cavabdehə əlavə olaraq hesablanmış 1488.21 manat (abunə kodu **********00264) onun hesabından silinməlidir. İşə əlavə edilmiş ödəniş qəbzindən məlum olur ki, iddiaçı 42.90 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 42.90 manat dövlət rüsumunun 12.90 manat hissəsi cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 162.45 manat, xx.xx.2017-ci il tarixli, R 058138 saylı, xx.xx.2021 il tarixli, NDM 022831 saylı, xx.xx.2021-ci il tarixli, R 247492 saylı, xx.xx.2022-ci il tarixli, R 276264 saylı, xx.xx.2022-ci il tarixli, R 285942 saylı, xx.xx.2023 il tarixli, R 301261 saylı, xx.xx.2023-ci il tarixli, R 314142 saylı aktlar üzrə əlavə olaraq hesablanmış 620 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12.90 manat olmaqla. cəmi 795.35 (yeddi yüz doxsan beş manat 35 qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. xx.xx.2017-ci il tarixli, R 058138 saylı, xx.xx.2021 il tarixli, NDM 022831 saylı, xx.xx.2021-ci il tarixli, R 247492 saylı, xx.xx.2022-ci il tarixli, R 276264 saylı, xx.xx.2022-ci il tarixli, R 285942 saylı, xx.xx.2023 il tarixli, R 301261 saylı, xx.xx.2023-ci il tarixli, R 314142 saylı aktlar üzrə əlavə olaraq hesablanmış 1488.21 (bir min dörd yüz səksən səkkiz manat 21 qəpik) manat Cavabdeh hesabından (abunə kodu **********00264) silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar