Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-249/2023 01.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Kürdəmir rayon İcra Hakimyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Kürdəmir şəhəri, Dəmir yol binası ev 22-də yaşayan xx.xx.1963-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1809/2022 nömrəli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 220 nömrəli Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 502 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, 1963-cü il təvəllüdlü X4 onun bacısıdır. O, uşaqlıqdan inkişafı normal olmamış, əqli zəifliyinə və kənar şəxslərin köməyinə ehtiyacı olmuşdur. Bacısı hazırda onun himayəsində yaşayır. Bacısı Sənubərin ruhi xəstəliyi gedərək artır. Onun son diaqnozunda aşrı dərəcəli əqli gerili gerilik, köməyə ehtiyacı olan, ciddi davranış pozuntuları ilə kənar şəxsin himayəsinə ehtiyacının olması göstərilir. Bacısı Sənubər axırıncı dəfə xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon Psixiatriya Xəstəxanasına yerləşdirilib, orada müalicə olunduqdan sonra xx.xx.2021-ci il tarixdə evə buraxılıb. Heç bir hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinlik yaranır. Aidiyyəti qurumlarda onun qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Ona görə də Kürdəmir şəhəri, Dəmir yol binası ev 22-də yaşayan xx.xx.1963-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir rayon İcra Hakimyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 14240542 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1963-cü ildə Ucar rayonunun Pirkənd kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kürdəmir rayon Mərkəzi Xəstəxanasının 479/2021 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X4 ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən ciddi davranış pozuntularıilə kənar şəxsinhimayəsinə ehtiyacı var diaqnozu ilə xəstədir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 220 saylı rəyindən görünür ki, X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, 1963-cü il təvəllüdlü X4 onun bacısıdır. O, uşaqlıqdan inkişafı normal olmamış, əqli zəifliyinə və kənar şəxslərin köməyinə ehtiyacı olmuşdur. Bacısı hazırda onun himayəsində yaşayır. Bacısı Sənubərin ruhi xəstəliyi gedərək artır. Onun son diaqnozunda aşrı dərəcəli əqli gerili gerilik, köməyə ehtiyacı olan, ciddi davranış pozuntuları ilə kənar şəxsin himayəsinə ehtiyacının olması göstərilir. Bacısı Sənubər axırıncı dəfə xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon Psixiatriya Xəstəxanasına yerləşdirilib, orada müalicə olunduqdan sonra xx.xx.2021-ci il tarixdə evə buraxılıb. Heç bir hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinlik yaranır. Aidiyyəti qurumlarda onun qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Həmçinin iş üzrə keçirilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-ci il tarixli, 220 saylı rəyindən görünür ki, X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, Kürdəmir şəhəri, Dəmir yol binası ev 22-də yaşayan xx.xx.1963-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir şəhəri, Dəmir yol binası ev 22-də yaşayan xx.xx.1963-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-249/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-249/2023
01.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver