Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-257/2025 08.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1, Hacıyeva (Həmidova) Firəngiz Ağabala qızı, X3, X2) miras əmlak üzərində payların müəyyən edilməsi və naturada vərəsələr arasında bölünməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquq sahibləri kimi məhrum ataanasının və cavabdeh qardaşı Cavabdeh adlarına verilmiş xx.xx.2022-ci il tarixli, ********** və ********** saylı, eləcə də, onların adlarına verilmiş digər xx.xx.2024-cü il tarixli, ********** saylı çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, hazırda cavabdeh qardaşı Cavabdeh ilə barışdığı və mübahisənin öz aralarında həll etdiyini, cavabdeh olan qardaşı Cavabdeh qarşı heç bir tələbinin olmadığını bildirərək mülki işin icraatına xitam verilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə, iddiaçının izahatını və məhkəməyə təqdim etdiyi ərizəsini işdə olan sənədlərlə birlikdə nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və həmin əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığına və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiadan imtinanın Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələri tərəflərə izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 122.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə, çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Qanunun bu norması baxımından məhkəmə hesab edir ki, iş üzrə ödənilən dövlət rüsumu və çəkdiyi digər xərclər iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçının iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1, Hacıyeva (Həmidova) Firəngiz Ağabala qızı, X3, X2) miras əmlak üzərində payların müəyyən edilməsi və naturada vərəsələr arasında bölünməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 122.1-ci maddəsinə müvafiq olaraq iş üzrə ödənilən dövlət rüsumu və çəkdiyi digər xərclər iddiaçıya aid edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-257/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-257/2025
08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver