Məhkəmə qərarları › İş №2(041)-2589/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2589/2024

10.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2589/2024 10.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğma qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi izahatında bildirdi ki, xx.xx.1971-ci il təvəllüdlü X2 onun doğma qardaşıdır, onunla birlikdə yaşayır, subaydır, Kürdəmir rayon Kommunal Müəssisəsində süpürgəçi işləyir, xəstəliyi ilə bağlı 2-ci qrup əlillik dərəcəsi almışdır. Sənədləşdirmə ilə əlaqədar Kürdəmir “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, qardaşı X1 imzası tələb edilmişdir. Elşəni notariat ofisinə aparmış, lakin ona bildirmişlər ki, Elşənin üzərində qəyyum təyin edilməlidir. Bununla bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona bildirmişlər şəxsin üzərində qəyyumluq həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi barədə məhkəmənin qətnaməsi əsasında təyin edilir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Suallara cavab olaraq Ərizəçi bildirdi ki, qardaşı Elşəndə psixi pozuntu yoxdur, psixi xəstə kimi poliklinikada qeydiyyata alınmamışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 318.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsində qeyd edilmişdir ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Hazırki iş üzrə Ərizəçi xx.xx.1971-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyi halda, onun spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, psixi pozuntularına dair heç bir sübut əlavə etməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iş məhkəmədə baxılmalı olmadığına görə (MPM 261.0.1-ci maddəsi) məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar