Məhkəmə qərarları › İş №2(041)-30/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-30/2025

05.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-30/2025 05.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Kürdəmir rayon İcra Hakimyyəti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-qonşusu Cavabdeh tərəfindən yaşayış evimin arxasında binanın bünövrəsini sökərək qanunsuz inşa etdiyi su quyusunun sökülməsinə, evimin arxa divarı boyunca çəkilmiş işıq və qaz xətlərinin kənarlaşdırılmasına və binanın sökülmüş bünövrəsinin cavabdeh tərəfindən bərpa olunmasına və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işi mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Kürdəmir rayon İcra Hakimyyəti üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar