Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-320/2023 04.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Əlhüseyn oğlunun iştirakı ilə, İddiaçı Əlhüseyn oğlunun cavabdeh X* Xidmət mərkəzinin notariat ofisinə qarşı prosessual müddətin bərpasına dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əlhüseyn oğlu cavabdeh X* Xidmət mərkəzinin notariat ofisinə qarşı prosessual müddətin bərpasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əlhüseyn oğlu ərizə ilə məhkəməyə müraciət edərək hazirki mərhələdə bəzi sənədlərin hazırlanması üçün onlara vaxt lazimdir. Ona görə də işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, X* Xidmət mərkəzinin notariat ofisinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işi mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.**, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Əlhüseyn oğlunun cavabdeh X* Xidmət mərkəzinin notariat ofisinə qarşı prosessual müddətin bərpasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-320/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-320/2023
04.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver