Məhkəmə qərarları › İş №2(041)-34/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-34/2024

05.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-34/2024 05.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X24 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X6 qarşı evə köçürülmə və evdən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Xırdapay kəndində 0,35 ha torpaq sahəsində, ümumi sahəsi 147.6 kv.metr olan fərdi yaşayış evinə məcburi köçürülmələri və həmin fərdi yaşayış evindən maneəsiz istifadə edə bilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslanmışdır ki, iddiaçılar mərhum ataları X3 qanun üzrə vərəsələri olmaqla Kürdəmir rayonun Xırdapay kəındində 0.35 ha torpaq sahəsində yerləşən, 147.6 kv.metr sahəsi olan fərdi yaşayış evindən iddiaçılar hər biri 2/21 hissədə miras payı əldə edərək paylı mülkiyyətçı olmuşlar. Göstərilən fərdi yaşayış evində iddiaçılardan başqa cavabdeh X11 da 1/7 hissədə paylı mülkiyyətçidir. Cavabdeh Kürdəmir rayon məhkəməsinə evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmçiş və onun tələbi Kürdəmir rayon məhkəməsinin 2(041)-55/2023 saylı tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə icraya yönəldilmiş və cavabdeh Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evinə köçürülmüşdür. Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 147.6 kv. m olan fərdi yaşayış evi İddiaçı1, X11 və İddiaçı2 paylı mülkiyyətində olmalarına baxmayaraq, cavabdeh onları evə buraxmır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh X11 qardaşı oğludur. 1996-cı ildə qardaşı Eldar intihar etdikdən sonra onun həyat yoldaşı İlhamə 2 övladı ilə birlikdə onun valideynlərinə məxsus evdən çıxmış və öz valideynlərinin yaşadığı Kürdəmir rayonunun Qağacılı kəndində yaşamağa getmişdir. 2003-cü ildə atası X12 qardaşı arvadına 8000 manat pul verərək özünə ev almasını tapşırmışdır. Bundan sonra iddiaçının anası həmin pulla Kürdəmir rayon Mərkəzi Xəstəxanasının yanında həyət evi alaraq orada yaşamağa başlamışlar. Bundan sonra cavabdehin anası evli bir nəfərlə ailə qurduqdan sonra Feyruzu da öz yanına aparmış və 2007-ci ilə kimi anasının yanında onlarla birlikdə yaşamışdır. Sonradan cavabdehin anası yeni ailəsi ilə birldikdə Bakı şəhərninə getmiş və cavabdehi da özü ilə Bakı şəhərinə aparmış, Kürdəmirdəki evi isə kirayəyə vermişdir. Cavabdehin anası Bakı şəhərində ev almış və onun yeni ailəsindən 2 uşağı var. Cavabdehin anası Kürdəmirdəki evi cavabdehə vermiş və cavabdeh ailəsi ilə birlikdə hal-hazıra kimi həmin evdə yaşayır. xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Kürdəmir rayonu, Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan fərdi yaşayış evi onun adına qeydə alınmış, X10, X13, X7, X11, X4 1/7 hissədə, İddiaçı1, İddiaçı2 və X1 isə 2/21 hissədə payları müəyyən olunmuşdur. Göründüyü kimi cavabdehin mübahisəli evə 1/7 hissədə mülkiyyət hüququ qeydə alınsa da, 2 mərtəbəli 6 otaqdan ibarət evdən tək istifadə edir, həmin evə mülkiyyət hüququ olan digər paylı mülkiyyətçiləri həmin evə buraxmır. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirdi ki, mübahisə edilən fərdi yaşayış evi atası X8 məxsus olmuş, anası Anagül, qardaşları Möhkəm, Eldar, Pərvin bacıları Günel, Rəsmiyyə ilə birlikdə orada yaşamış və boya-başa çatmışlar. Valideynləri vəfat edəndən sonra Möhkəm işi ilə bağlı müvəqqəti olaraq Bakı şəhərində yaşamış, Pərvin başqa ünvana köçmüş, Eldar intihar etmiş, bacıları ailə qurduqlarına görə bir müddət ev boş qalmış və bundan istifadə edən qardaşı Eldarın oğlu Feyruz onların xəbəri olmadan özbaşına olaraq evi zəbt edərək orada yaşamağa başlamış, sonralar evə köçməyə dair məhkəmə qətnaməsi çıxardırmış, həmin qətnamədən vərəsələrin məlumatı olmamışdır. 2023-cü ildə evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmış və vərəsələrin payları göstərilməklə qardaşı Möhkəmin adına çıxarış verilmişdir. Cavabdeh evə dair hüquqmüəyyən edici sənədləri olmasına baxmayaraq, özbaşınalıq edərək onları evə buraxmır və evdən istifadə etmələrinə əsassız olaraq maneçilik törədir. İddiaçı sonda işin qeyd edilən faktiki hallarını və təqdim edilmiş sənədləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X9 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.1993-cü il tarixdə babası mərhum X8 məxsus evdə doğulmuş, atası Eldar Nuxiyev vəfat etmiş, anası isə başqa şəxslə evlənib ailə qurmuş və hazırda Bakı şəhərində yaşayır. O, mərhum babası Əlisanın himayəsində yaşamışdır. Yaşadığı evin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bu barədə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə, həmçinin mərhum babası X12 başda olmaqla ümumi birgə mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Bundan başqa Xırdapay kəndində mərhum babası və digər ailə üzvləri ilə birlikdə onların ümumi birgə mülkiyyətlərində 0,26 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsinə görə də onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-304B KOD 90616018 nömrəli Şəhadətnamə verilmişdir. O, öz valideynləri ilə birlikdə birgə mülkiyyətdə olan JN-304F KOD 90616018 nömrəli Şəhadətnamə ilə verilmiş 0,35 ha həyətyanı torpaq sahəsində olan hazırda ümumi birgə mülkiyyətdə yerləşən fərdi yaşayış evində böyüyüb boya başa çatmış, orta məktəbi həmin evdə yaşadığı müddətdə bitirmiş və həmin evdən də həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətini başa vurub yaşadığı evə qayıdıb gəlmişdir. İddiaçı əmisi İddiaçı1 və bibisi İddiaçı2 isə onlarla birlikdə ümumiyyətlə yaşamayıb və onların həmin evə və torpaq sahəsinə heç bir aidiyyəti də yoxdur. iddiaçıların özlərinin ayrı evi var və ailələri ilə birlikdə öz evlərində yaşayırlar. 2015-ci ildə işləmək üçün Bakı şəhərinə gedib bir müddət orada kirayədə yaşamışdır. 2017-ci ildə isə X14 ilə evlənib ailə qurmuşdur. 2018-ci ildə Azərbayan Ordusunda müddətdən artıq hərbi xitmətə işə qəbul olunduqdan sonra əvvəl yaşadığı evə gəlib orada yaşamaq istəmiş, lakin iddiaçı əmisi onu həmin evə buraxmayaraq, evi öz oğluna verəcəyini bildirmişdir. O, evin atasına məxsus olmaqla mülkiyyətində olduğunu bildirsə də, əmisi onunla razılaşmamışdır. Uzun müddətdir ki, o, babasından və atasından miras qalan və ümumi birgə mülkiyyətlərində olan evdə yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəsi ilə qeydə alınmış çıxarışdan görünür ki, Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmış, X10, X13, X7, X11, X4 1/7 hissədə, İddiaçı1, İddiaçı2 və X1 isə 2/21 hissədə payları müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, İşin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, Kürdəmir rayon Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. Mülkiyyətçinin ölümündən sonra miras əmlak onun vərəsələrinə keçmiş və xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəsi ilə qeydə alınmış çıxarış üzrə irsi trancmissiya da nəzərə alınmaqla fərdi yaşayış evi üzərində birgə payçılar X10, X13, X7, X11, X4 1/7 hissədə, İddiaçı1, İddiaçı2 və X1 isə 2/21 hissədə payları müəyyən olunmuşdur. Hazırda həmin evdə 1/7 hissədə payı olan X11 ailəsi ilə birlikdə yaşayır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin evə 2/21 hissədə payları müəyyən olunmuş və evin birgə mülkiyyətçiləri hesab edilir. İddiaçılar birgə mülkiyyətlərində olan evdən istifadə etmək istəsələr də, cavabdeh onlara mane olur və və onları həmin evə buraxmır. Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

232. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür üstünlük hüququnu başqasına vermiş və daşınmaz əmlakın dövlət reyestrində xeyrinə təminat qeydi aparılmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi, habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlid 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda şərh edilən normalarından da aydın olur ki, mülkiyyətçi ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ var və bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Heç kəs öz mülkiyyətindən məhrum edilə bilməz. İşin faktiki halları onu göstərir ki, iddiaçılar onların miras əmlak üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən məhdudlaşdırıldığına görə, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırmışlar. Yuxarıda göstərilən əsaslar iddianın qanuni və əsaslı olmasını mübahisəsiz olaraq şərtləndirdiyi üçün iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və Umudova X5 rayonu, Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülməli və həmin fərdi yaşayış evindən istifadələrinə yarada biləcək maneələr cavabdeh X6 qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və Umudova X5 rayonu, Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evinə məcburi qaydada köçürülsünlər. İddiaçıların birgə paylı mülkiyyətlərində olan, Kürdəmir rayonu, Xırdapay kəndində 0.35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 174.6 kv. m olan 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evindən istifadələrinə yarada biləcək maneələr cavabdeh X6 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar