Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-34/2025 31.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Şuşin kəndində anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunun Şuşin kəndində anadangəlmə fiziki və əqli qüsurla doğulmuşdur. Uzun müddət müalicə etdirsələr də müalicənin heç bir nəticəsi olmamışdır. Yusif hazırda serebral iflici distebtinefik forma, ağır dərəcəli əqli gerilik və ciddi davranış pozuntusu dianqnozu ilə xəstəlikdən əziyyət çəkir, özxünü idarə edə bilmir və kənar şəxsin köməyinə ehtiyacı var. Yusif xəstəliyi ilə bağlı Kürdəmir rayon polklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə bağlı ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz olaraq birinci dərəcəli əllilik verilmişdir. Ona görə də onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizədə göstərilənləri təsdiq edərək və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2299 saylı rəyini əsas tutaraq oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: -Kürdəmir rayon Köhünlü kənd icra nümayəndəliyinin doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonu Köhünlü kəndində anadan olub. Atası Ərizəçi, anası X3r. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Uşaq Bərpa Mərkəzi 187 nömrəli ambulator kartadan çıxarışda görünür ki, X4 “Autizm sindromu, əqlin, nitqin kəskin ləngiməsi” diaqnozu qoyulmuşdur. - Kürdəmir rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 1084 nömrəli arayışdan görünür ki, X5 uşaq serebral iflici distinetin forma. Ağır dərəcəli əqli gerilik. İş qabiliyyəti zəif qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu ilə Kürdəmir rayon Poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2299 saylı rəyindən görünür ki, X5 onda qeyd olunan Ağır dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Buna görə də, X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X1 iflici distebtinefik forma, ağır dərəcəli əqli gerilik və ciddi davranış pozuntusu diaqnozu ilə qeydiyyatda olması, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir rayonu, Şüşün kəndində yaşayan, 01 oktyabr 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-34/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-34/2025
31.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver