Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-351/2024 06.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X12 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasınən nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci ildə anadan olmuş, qızı X3 fiziki qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, X8 ilə birlikdə yaşadıqları müddətdə 01.7.1972-ci ildə X6 anadan olmuş, qızı Şəlalə anadan olandan iflic xəstəsidir. Kürdəmir rayon poliklinikasında dispanser qeydiyyatındadır. Xəstəliyi ilə bağlı yaranmış psixi qüsüru nitcəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır, qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahatında göstərdi ki, Ərizəçi xx.xx.1972-cu il təvəllüdlü 1 qrup əlil X3 onun himayəsinə verilməsi barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış, X3 həqiqətən də psixi xəstə olması müəyyən edilmiş, lakin fəaliyyəti qabiliyyəti olmayan hesab edilmədiyi üçün ona imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş, ƏƏSM Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, X6 ümumi xəstləikdən 1 qrup əlildir. İş materiallarına əlavə olunmuş, Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfinsdən verilmiş xx.xx.2023-cü il tarixli 796 nömrəli arayıdan görünür ki, X5 “idiatiyaz” diaqnozu təyin edilmişdir. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli, 1149 saylı rəyindən görünür ki, X6 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik, idiatifiya dərəcəsində oliqofreniya müəyyən edilir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, X1 iflic xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı müayinə zamanı aşkar olunan əlamətləri “idiotiya” diaqnozu ilə qeydiyyatda olması, göstərilən xəstəliklərdən ömürlük İ qrup əlil olması və sonuncu olaraq psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1972-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir rayonu, Çöhranlı kəndində yaşayan, xx.xx.1972-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-351/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-351/2024
06.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver