Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-36/2023 07.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X26 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X13 qarşı vərəsələrin paylarının bərabər şəkildə müəyyən edilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 və X2 miras qalmış, Kürdəmir rayon, Xırdapay kəndində yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə-miras payların vərəsələr arasında bərabər şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı qərarı ilə Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh3, X8, X5, Cavabdeh5, İddiaçı və X9 verilmiş, Torpaqğın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN 980F, KOD ********) əsasında onların birgə mülkiyyətinə verilmişdir. X15 xx.xx.2002-ci il tarixdə, X10 xx.xx.2009-cu ildə vəfat etmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə X22 Xidmət Mərkəzində Notariat ofisinə müraciət edərək valideynlərindən qalan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsin xahiş etmiş, Notariat ofisi miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilafların olduğun nəzərə alaraq AR MM-nin 1291-ci maddəsini rəhbər tutaraq iddiaçıya imtina cavabı vermiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Kürdəmir Regional “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin iddiaçıdan başqa digər vərəsələr barədə arayış vermişdir. İddiaçı vəfat etmiş valideynləri X4 və X2 miras qalmış, Kürdəmir rayon, Xırdapay kəndində yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə-miras payların vərəsələr arasında bərabər şəkildə bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (JN 980F, KOD ********) surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı qərarı ilə Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0.09 ha torpaq sahəsi Cavabdeh3, X8, X5, Cavabdeh5, İddiaçı və X9 verilmiş, bu barədə JN 980F, KOD90616018 nömrə ilə qeydiyyat aparılmışdır. -X22 Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ailə tərkibi aşağıdaki kimi göstərilmişdir. Atası: X15, anası: X10, qardaşları: Cavabdeh1, Cavabdeh3, bacıları: Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X14r. -X22 Xidmət Mərkəzində Notriat ofisi tərəfindən X16 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, miras əmlakının bölüşdürlüməsi ilə bağlı aralarında razılıq olmadığı üçün məhkəmə müdafiəsindən istifadə edilməsi ona tövsiyə olunmuşdur. - Xırdapay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfinsən verilmiş xx.xx.2022-ci il tarixli 563 saylı arayışdan görünür ki, X1 rayon Xırdapay kəndində yaşamış və xx.xx.2002-ci l tarixdə ölmüş, onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X17, Cavabdeh7, İddiaçı, Cavabdeh4 ibarət olmuşdur. - ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X15 xx.xx.2002-ci il tarixdə, X10 xx.xx.2009-cu ildə vəfat etmişdir. - Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı qərarına əsasən JN 980F, KOD 90616018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşin araşdırılan faktiki halları ilə müəyyən edildi ki, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0.09 ha torpaq sahəsi Kürdəmir rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı qərarı əsasında Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh3, X6, X3, Cavabdeh5, İddiaçı və X7 ümumi mülkiyyətinə verilmişdir. İddiaçı atası X4 və anası X2 miras qalmış həmin torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə olan miras payların vərəsələr arasında bərabər şəkildə bölünməsini tələb edir. Məhkəmə hesab edir ki, miras əmlakın vərəsələr arasında bölünməsindən əvvəl, ilk növbədə ümumi mülkiyyətdə olan 0.09 ha torpaq sahəsi üzərindəki paylar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki iş üzrə də, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 0.09 ha torpaq sahəsi Kürdəmir rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli 07 saylı qərarı və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 1/6 hissəyə bölünməklə, Cavabdeh3, X6, X3, Cavabdeh5, İddiaçı və X7 hər birinin payı 0.015 ha təşkil edəcəkdir. xx.xx.2002-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.2009-cu ildə vəfat etmiş X2 qalan miras əmlak-torpaq sahəsi 0.030 ha təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1276. Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Hazırki iş üzrə də, vərəsələr ölənin uşaqlarıdır və iddia tələbi də, daşınmaz əmlakdan öz paylarının naturada ayrılmasından ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, mərhum X6 və X3 vərəsələri 8 nəfərdən ibarətdir: oğlanları - İddiaçı, Cavabdeh1 və Cavabdeh3, qızları- Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X18. X4 və X2 qalan miras əmlak (torpaq sahəsi) 0.09 ha deyil, 0.030 ha ibarətdir ki, həmin torpaq sahəsi də 8 nəfər vərəsə arasında 1/8 hesabla bərabər bölündükdə, vərəsələrin hər birinin payı 0.00375 ha təşkil edəcəkdir. İddia tələbində torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə-miras payların vərəsələr arasında bərabər şəkildə bölünməsi göstərildiyi halda, fərdi yaşayış evinə dair heç bir sənəd təqdim edilmədiyindən, həmin hissədə vərəsələrin paylarını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia tələbləri yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0,09 ha torpaq sahəsinin miras kütləsi hesab edilən 0,030 ha torpaq sahəsi üzərində 1/8 hissədə İddiaçı (0.00375 ha), 1/8 hissədə Cavabdeh1 (0.00375 ha), 1/8 hissədə Cavabdeh3 (0.00375 ha), 1/8 hissədə Cavabdeh2 (0.00375 ha), 1/8 hissədə Cavabdeh4 (0.00375 ha), 1/8 hissədə Cavabdeh5 (0.00375 ha), 1/8 hissədə Cavabdeh6 (0.00375 ha), 1/8 hissədə X11 (0.00375 ha) payları müəyyən edilməli, qalan hissədə (fərdi yaşayış evinə dair) iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0,09 ha torpaq sahəsinin miras kütləsi hesab edilən 0,030 ha torpaq sahəsi üzərində 1/8 hissədə İddiaçı (0.00375 ha), 1/8 hissədə Cavabdeh1 (0.00375 ha), 1/8 hissədə Cavabdeh3 (0.00375 ha), 1/8 hissədə Cavabdeh2 (0.00375 ha), 1/8 hissədə Cavabdeh4 (0.00375 ha), 1/8 hissədə Cavabdeh5 (0.00375 ha), 1/8 hissədə Cavabdeh6 (0.00375 ha), 1/8 hissədə X11 (0.00375 ha) payları müəyyən edilsin. Qalan hissədə (fərdi yaşayış evinə dair) iddia təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-36/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-36/2023
07.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver