Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-39/2024 22.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən istifadə edilməsi sahəsindəki maneələrin aradan qaldırılması və ziyana görə pul tələbinə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaqdan istifadə sahəsində maneələrin aradan qaldırılması və mülkiyyətində olan 2,43 hektar torpaq sahəsinin 1 hektarında əkilmiş və məhsula gediş fazasında olan arpa sahəsini biçərək götürməsi nəticəsində 1300 manat, dəmir qapıya görə 120 manat məbləğində vurulmuş ziyanın və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1195/2023 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi verilməsi üçün həmin qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi verildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10/4164 nömrəli ekspert rəyi X2 xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/4164 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ailələrinə Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,43 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini hər il əkibbecərərək məhsul əldə etmişlər. Hər il həmin əkinlərə görə dövlət tərəfindən verilən subsidiyalar onlara ödənilmişdir. Hər il olduğu kimi 2023-cü ilin məhsulu üçün 2022-ci ilin payızında mülkiyyətlərində olan 2,43 hektar torpaq sahəsinin 1 hektarında arpa əkmiş və 2023-cü ilin may ayına kimi həmin əkin becərilərək məhsula gediş fazasına çatdırılmışdır. 2023-cü ilin aprel ayında onun torpaq sahəsi ilə qonşu olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində torpaq sahəsi olan Cavabdeh özünə məxsus əkdiyi sahədə vələmir bitdiyi üçün həmin sahəni ot əldə etmək məqsədi ilə biçmiş və bu zaman onun 1 hektar apra sahəsini də, onlara məlumat vermədən biçərək məhsul vermə fazasında olan arpa sahəsi məhsul götürülmədən ot kimi preslənib aparılmışdır. Bundan sonra cavabdehlə əlaqə saxlayaraq bu işə aydınlıq gətirməsini soruşduqda cavabdeh həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını bildirmişdir. Bundan sonra o, ərizə ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş və Polis şöbəsinin tapşırığı ilə X10 İnkişaf Mərkəzi məhsul götürülmədən cavabdeh tərəfindən biçilmiş arpa sahəsinə dəymiş ziyan yerində mütəxəssislər tərəfindən araşdırılmış və ziyanın məbləği 1300 manat müəyyən edilmişdir. Həmçinin mülkiyyətlərində olan torpaq sahəsinin giriş hissəsində quraşdırılmış paslanmayan dəmir listdən 120 manat dəyərində olan dəmir qapı da cavabdeh tərəfindən götürülmüş və onun dediyinə görə dəmir kimi satılmış və ödənilməsindən imtina etmişdir. Mülkiyyətində olan 2,43 hektar torpaq sahəsinin 1 hektarında cavabdeh tərəfindən biçilərək qanuna zidd surətdə özgəninkiləşdirilmiş və hazırda onlara həmin sahədən istifadə etmələrinə əsassız olaraq maneələr yaradaraq istifadə hüquqlarını məhdudlaşdırır. Ona görə də torpaqdan istifadə sahəsində cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və mülkiyyətində olan 2,43 hektar torpaq sahəsinin 1 hektarında əkilmiş və məhsula gediş fazasında olan arpa sahəsini biçərək götürməsi nəticəsində 1300 manat, dəmir qapıya görə 120 manat məbləğində vurulmuş ziyanın və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Şıxımlı kəndi ərazisindən onlara pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi onlara veriləndən etibarən istifadə edirlər. Onlara verilən pay torpaq sahəsi İddiaçı verilmiş pay torpaq sahəsi ilə qonşu luqda yerləşir. 2022-ci ilin payızında pay torpaq sahəsində arpa məhsulu əkmiş və 2023-cü ilin may ayında özünə məxmsus pay torpaq sahəsində əkdiyi arpa məhsulunu biçib sahədən götürmüşdür. O, iddiaçıya məxsus torpaq sahəsində əkilmiş arpa məhsulunu biçməmiş, ona heç bir ziyan vurmamış və iddiaçının özünə məxsus torpaqdan istifadə sahəsində ona heç bir maneçilik törətməmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0003 KOD ********* nömrəli Dövlət Aktının surətindən görünür ki, İddiaçı və X5 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən 2,43 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru X8 Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ev 42-də yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-ə etdiyi müraciətə əsasən araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, dəymiş ziyanlığın tələbi ilə bğağlı mülki qaydada məhkəməyə müraciət etməsi İddiaçı izah edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5106 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********6 qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,53 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına (hüquq sahibləri Cavabdeh, X3 və X1 olmaqla) qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, **********46 reyestr nömrəli çıxarışla və **********20 reyestr nömrəli çıxarışla İddiaçı Xasay oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş müvafiq olaraq 1,41 və 1,02 ha torpaq sahələri Cavabdeh **********53 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,51 ha torpaq sahəsi il əvə Cavabdeh **********64 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1,53 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Baxış zamanı **********46 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,02 ha torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin sxemi mütəxəssis rəyinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4164 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 2-ci sualları üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-1389/2024 nömrəli mütəxəssis rəyineə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, **********46 reyestr nömrəli çıxarışla və **********20 reyestr nömrəli çıxarışla İddiaçı Xasay oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş müvafiq olaraq 1,41 və 1,02 ha torpaq sahələri Cavabdeh **********53 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,51 ha torpaq sahəsi ilə və Cavabdeh **********64 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1,53 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Baxış zamanı **********46 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,02 ha torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ailələrinə Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,43 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini hər il əkibbecərərək məhsul əldə etmişlər. Hər il həmin əkinlərə görə dövlət tərəfindən verilən subsidiyalar onlara ödənilmişdir. Hər il olduğu kimi 2023-cü ilin məhsulu üçün 2022-ci ilin payızında mülkiyyətlərində olan 2,43 hektar torpaq sahəsinin 1 hektarında arpa əkmiş və 2023-cü ilin may ayına kimi həmin əkin becərilərək məhsula gediş fazasına çatdırılmışdır. 2023-cü ilin aprel ayında onun torpaq sahəsi ilə qonşu olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində torpaq sahəsi olan Cavabdeh özünə məxsus əkdiyi sahədə vələmir bitdiyi üçün həmin sahəni ot əldə etmək məqsədi ilə biçmiş və bu zaman onun 1 hektar apra sahəsini də, onlara məlumat vermədən biçərək məhsul vermə fazasında olan arpa sahəsi məhsul götürülmədən ot kimi preslənib aparılmışdır. Bundan sonra cavabdehlə əlaqə saxlayaraq bu işə aydınlıq gətirməsini soruşduqda cavabdeh həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını bildirmişdir. Mülkiyyətində olan 2,43 hektar torpaq sahəsinin 1 hektarında cavabdeh tərəfindən biçilərək qanuna zidd surətdə özgəninkiləşdirilmiş və hazırda onlara həmin sahədən istifadə etmələrinə əsassız olaraq maneələr yaradaraq istifadə hüquqlarını məhdudlaşdırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, **********46 reyestr nömrəli çıxarışla və **********20 reyestr nömrəli çıxarışla İddiaçı Xasay oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş müvafiq olaraq 1,41 və 1,02 ha torpaq sahələri Cavabdeh **********53 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,51 ha torpaq sahəsi il əvə Cavabdeh **********64 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1,53 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Baxış zamanı **********46 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,02 ha torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Həmçinin İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4164 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 2-ci sualları üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-1389/2024 nömrəli mütəxəssis rəyineə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, **********46 reyestr nömrəli çıxarışla və **********20 reyestr nömrəli çıxarışla İddiaçı Xasay oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş müvafiq olaraq 1,41 və 1,02 ha torpaq sahələri Cavabdeh **********53 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0,51 ha torpaq sahəsi ilə və Cavabdeh **********64 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 1,53 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Baxış zamanı **********46 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,02 ha torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1,02 ha torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İddiaçı cavabdehdən 1300 manat, dəmir qapıya görə 120 manat məbləğində ziyan tələb etsə də o, ziyanla bağlı məhkəməyə hər hansı mötəbər subut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, İddiaçı mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən 2,43 ha torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalı, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən 2,43 ha torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 20 manat Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-39/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-39/2024
22.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver