Məhkəmə qərarları › İş №2(041)-416/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-416/2023

12.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-416/2023 12.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyazı oğlunun, Cavabdeh4, X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyazı oğluna, Cavabdeh4 və X3 qarşı (üçüncü şəxs Kürdəmir rayon Cəyli bələdiyyəsinin sədri X1) icarəsində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrin cavabdehlərə qadağan edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyazı oğlundan, Cavabdeh4 və Cavabdeh5 müştərək olmaqla nəfinə maddi ziyana görə 16000 manat, mənəvi ziyana görə 10000 manat, cəmisi 26000 manatəın tutulması və torpaqdan istifadəyə qarşı edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarəsində olan, Kürdəmir rayonunun Bala Kəngərli kəndində yerləşən 5.50 ha torpaq sahəsindən istifadəsinə edilən maneələrin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyazı oğluna, Cavabdeh4 və X3 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bala-Kəngərli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının icarəsinə 5.50 ha toraq sahəsi verilmiş, iddiaçı ilə 99 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin 0.50 ha tikinti, qalan 5 ha hissəsi isə əkinçilik və bağ sahəsi salmaq üçün nəzərdə tutulmuşdur. İcarə müqaviləsi əsasında torpaqdan müvəqqəti istifadəyə dair şəhədətnamə almışdır. Torpaq sahəsinin 05 ha hissəsində tikinti işləri aparmış, digər hissəsində isə bağ salmışdır. Cavabdehlər qanunsuz olaraq onun ərazisinə müdaxilə edir, özlərinə məxsus mal-qaranı onun sahəsinə salaraq əkin-biçini məhv edir, şum çıxarılmasına imkan vermirlər. Bununla bağlı Kürdəmir RPŞ-nə müraciət etmiş, mübahisənin mülki xarakterli olması ona izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və icarəsində olan, Kürdəmir rayonunun Bala Kəngərli kəndində yerləşən 5.50 ha torpaq sahəsindən istifadəsinə edilən maneələrin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyazı oğluna, Cavabdeh4 və X3 qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı icarəsində olan torpaq sahəsi onların torpaq sahələrinin qonşuluğunda yerləşir. Özlərinə məxsus mal-qaranı öz torpaqlarında otarırlar. Əvvəllər İddiaçı icarəsində olan torpaq sahəsindən istifadə etmədiyindən, qonşu otlaqlara buraxılan mal-qaranın onun icarəsində olan torpaq sahəsinə daxil olmaları halları olmuşdur. Hazırda bunların qarşısı alınmış, iddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə heç bir maneçilik yoxdur. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 Niyazı oğlu, Cavabdeh4 və qeyriləri Cavabdeh1 ilə eyni məzmunda izahat verərək, iddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə heç bir maneçiliyin olmadığını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Kürdəmir rayon Cəyli bələdiyyəsinin sədri X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir . Belə ki, iş materiallarına əlavə olunmuş; -Bala-Kəngərli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 05 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı ərizəsi nəzərə alınaraq 0.50 ha tikinti və 5 ha kənd təsərrüfatı məqsədi ilə Bala-Kəngərli bələdiyyəsinin torpağından İddiaçı 99 il müddətinə ümumilikdə 5.50 ha torpaq sahəsi icarəyə verilmişdir. - Torpağın müvəqqəti istifadə hüququna dair JN2293 KOD90600001 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı müvəqqəti istifadəsinə 5.50 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. -Kürdəmir rayon polis şöbəsinin rəisi A.Rzayevin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda onun Azərbaycan Respublikası DİN-in 102 mərkəzi zəngi xidmətinə ünvanladığı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Məhkəmə araşdırmasrı zamanı müəyyən edildi ki, Bala-Kəngərli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının icarəsinə 5.50 ha toraq sahəsi verilmiş, iddiaçı ilə 99 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən torpaq sahəsinin 0.50 ha tikinti, qalan 5 ha hissəsi isə əkinçilik və bağ sahəsi salmaq üçün nəzərdə tutulmuşdur. İddiaçı cavabdehlərin onun torpaq sahəsində əkin işləri aparmasına maneçilik törətdiklərini, özlərinə məxsus mal-qaranı onun torpaq sahəsində otardıqlarını, onun torpaq sahəsinin şumlanmasına icazə vermədiklərini iddia etdiyi halda, cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsinin əkinlməsinə heç bir maneçilik törətmədiklərini, iddiaçının sahəsinə mal-qara salmadıqlarını, onlara məxsus torpaq sahəsinin iddiaçının icarəsində olan torpaq sahəsinə yaxın olduğunu, mal-qaranın qaçıb onun torpaq sahəsinə girdiyini, hazırda da mal-qaralarının iddiaçının icarəsində olan torpaq sahəsinə girməyə imkan vermədiklərini bildirirlər. İşin göstərilən hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan, Kürdəmir rayonunun Bala kəngərli kəndində yerləşən 5.50 ha torpaq sahəsindən müstəqil olaraq istifadə etməsi üçün maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı icarəsində olan, Kürdəmir rayonunun Bala Kəngərli kəndində yerləşən 5.50 ha torpaq sahəsindən istifadəsinə edilən maneələr cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyazı oğluna, Cavabdeh4 və X3 qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı icarəsində olan, Kürdəmir rayonunun Bala Kəngərli kəndində yerləşən 5.50 ha torpaq sahəsindən istifadəsinə edilən maneələr cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyazı oğluna, Cavabdeh4 və X3 qadağan edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar