Məhkəmə qərarları › İş №2(041)-442/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-442/2023

09.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-442/2023 09.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 Cavabdeh X2 iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh X3 qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi R.S.Xəlilov cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu, Qağacılı kəndində yaşayan X1 mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1034.16 manat təbii qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 1064.56 manat məbləğin tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəsatətlə çıxış edərək bildirdi ki, işə məhkəmədə baxılan müddətdə debitor borcun bir hissəsi cavabdeh tərəfindən ödənilmiş, qalan hissəsi isə hər ay istifadə etdiyi smart kartından müəyyən faizlərlə tutulur. Odur ki, iddianın baxılmamış saxlanılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “Azəriqaz” İB-nin cavabdeh X3 qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar