Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-443/2023 29.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üçüncü səxs qismində cəlb edilməklə plan və ölçü sənədinin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə qeyd edilmiş AN 466232 nömrəli plan və ölçü sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, 1958-ci ildə Özbəkistan Respublikasında anadan olmuşdur. 1990-cı ildən sonra Kürdəmir rayonuna pənah gətirmiş və həmin vaxtdan Kürdəmir rayonunun Mollakənd kəndində yaşayır. 2013-cü ildə Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət edərək ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Onun müraciətinə əsasən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə 25245 kv.metr torpaq sahəsi verilmişdir. O, sərəncama əsasən verilmiş torpaq sahəsinə plan və ölçü sənədi almaq üçün Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə müraciət etmiş və xx.xx.2013-cü il tarixdə ona plan və ölçü sənədi verilmişdir. Bu günə kimi həmin plan və ölçü sənədində adının səhv yazılmasına fikir verməmişdir. Bu yaxınlarda reyestrdən çıxarış almaq üçün 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Lakin plan və ölçü sənədində adı səhv yazıldığına görə ona sənəd verməmişlər. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə qeyd edilmiş A 466232 nömrəli plan və ölçü sənədinin ona məxsus olması faktının müəyyən edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs DƏDRX-nın 16 saylı Ucar Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş X3 kitabında xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə uçota alınmış A 466232 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X2 Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 02 may 2013-cü il tarixli 64 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Mollakənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 25245 kv.metr torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixdə Kürdəmir RPŞ-si tərəfindən S.K. Xasanova verilmiş şəxsiyyət vəsiqəsində onun adı Ərizəçi kimi qeyd edilmiş və doğum tarixi xx.xx.1958-ci il, doğum yeri isə Özbəkistan, Uçkurqan rayonu göstərilmişdir. İş materiallarına əlavə edilmiş Mollakənd İcra nümayəndəliyi ərazisində 1990-cı ildən məskunlaşmış və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında ailə başçısı kimi X4 kimi, doğum tarixi isə xx.xx.1958-ci il göstərilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Mollakənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56/2-X-47/2023 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli Sərəncamı ilə Kürdəmir rayonu Mollakənd kəndində Ərizəçi verilmiş A 466232 nömrəli Torpaq sahəsinin plan və ölçüsündə onun adı, soyadı və atasının adı X4 kimi yazılmışdır. Əslində isə Ərizəçi kimi qeyd olunmalıdır. Kürdəmir rayonu Mollakənd kəndi ərazisində və həmin ailədə X4 adlı şəxs qeydiyyatda olmamışdır, hazırda da yoxdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri təqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi 1958-ci ildə Özbəkistan Respublikasında anadan olmuşdur. 1990-cı ildən sonra Kürdəmir rayonuna pənah gətirmiş və həmin vaxtdan Kürdəmir rayonunun Mollakənd kəndində yaşayır. 2013-cü ildə Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət edərək ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Onun müraciətinə əsasən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamı ilə 25245 kv.metr torpaq sahəsi verilmişdir. O, sərəncama əsasən verilmiş torpaq sahəsinə plan və ölçü sənədi almaq üçün Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə müraciət etmiş və xx.xx.2013-cü il tarixdə ona plan və ölçü sənədi verilmişdir. Bu günə kimi həmin plan və ölçü sənədində adının səhv yazılmasına fikir verməmişdir. Bu yaxınlarda reyestrdən çıxarış almaq üçün 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Lakin plan və ölçü sənədində adı səhv yazıldığına görə ona sənəd verməmişlər. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli araşdırılaraq sübutlar məcmuuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli və Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 verilmiş A 466232 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 verilmiş A 466232 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün Ərizəçi məxsus olması faktı müəyyən edil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-443/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-443/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver