Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-446/2025 15.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı ildə Kürdəmir rayonu, Muğanlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və iddia tələbində göstərilən xusuatlara uyğun izahatında göstərdi ki, X2 onun qadaşıdır. Seyfəddin 2015-ci ildə avtomobil qəzası keçirənə qədər normal və sağlam olmuş, sonra onun səhhətində problemlər yaranmş və iki dəfə cərrahiyə əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra Seyfəddində əqli pozuntu yaranmış və psixi xəstə kimi Kürdəmir rayon Polikninikasında qeydiyyata alınmışdır. Ona ağıl zəifliyi diaqnozu qoyulmuş, o, fəaliyət qabiliyyətini tam itirmiş və İ qrup əlildir. Onun kənar şəxsin qulluğuna ehtyacı vardır və kənar şəxs də ona qulluq edir. Sonuncu dəfə müayinə zamanı ona baş beyin diffuz travması, qapalı kəllə beyin travması, baş beyin və beyin kötüyünün ağır dərəcədə əzilməsi və sol alın gicgah təpə nahiyyəsində sümük deffekti diqanozu qoyulmuşdur. Seyfəddin xeyli müddətdir ki, müalicə olunur, lakin heç bir xeyri yoxdur, xəstəliyi daha da artır. Ona görə də qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hacıyev X4 rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İşdə olan sənədlərin surətindən görünür ki, X2 xx.xx.1966-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Atası Ağamusa kimi qeyd edilmişdir. İşdə olan TƏBİB “Kürdəmir rayonu Mərkəzi rayon Xəstəxanası” PHŞ Poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 ağır dərəcəli ağıl zəifliyi diaqnozu ilə qeydiyyatıdadır. İşdə olan Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibbi Mərkəzi tərəfindən verilmiş “Ambulator, X7 Kitabçasının Çıxarışı” dan görünür ki, xx.xx.2015-ci il taridə qapalı kəllə beyin travması, beyin və beyin kötüyünün əzilməsi, sol alın gicgah təpə nahiyəsində sümük deffekti diqanozu ilə stasionar müalicədə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 20 saylı Tibbi Sosial Ekspert Komissiyasının 1UZ2TKMX0001 nömrəli, xx.xx.2016-cı il tarixli arayışından görüür ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş X2 müddətsiz İ dərəcəli əlildir. İş üzrə məhkəmə psixiatrik ekspertizasının xx.xx.1015-ci il tarixli rəyindən görünür ki, X2 baş beyin diffuz travması, baş beyin və beyin kötüyünün ağır dərəcədə əzilməsi və sol alın gicgah təpə nahiyyəsində sümük deffekti diqanozu xəstəliyindən əziyyət çəkir, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçinin tələbinin hüquqi əsasını Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsi təşkil edir. Həmin hüquq normasına əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmədə müəyyən edildi ki, xəstə X3 ərizəçinin qardaşıdır. O, baş beyin diffuz travması, baş beyin və beyin kötüyünün ağır dərəcədə əzilməsi və sol alın gicgah təpə nahiyyəsində sümük deffekti diqanozu xəstəliyindən əziyyət çəkir, bu xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbinin qanuni əsasının bütün dispozitiv şərtləri mövcud olduğundan ərizə təmin edilməli, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 22 may 1966-cı il təvəllüdlü Kürdəmir rayonu, Muğanlı kəndində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-446/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-446/2025
15.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver