Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-48/2024 22.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçılar İddiaçı* və İddiaçı3 Budlud qızının iştirakı ilə İddiaçılar İddiaçı*, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh* və Cavabdeh2 Hacbaba oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı*, İddiaçı3, İddiaçı2 və İddiaçı4 məhkəməyə ərizə ilə müraciət edərək ailə üzvlərinə verilmiş Kürdəmir rayonunun Xınıslı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,95 ha torpaq sahəsinin 2,*0 hektar hissəsinin cavabdeh Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan Cavabdeh2 Hacbaba oğluna (“Final LTD“ MMC-nin direktoru) satılmasına dair Kürdəmir rayon Dövlət Notariat ofisində təsdiq edilmiş *4.02.2007-ci il tarixli, 4Ə/50 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı* və İddiaçı3 cavabdehlər Cavabdeh* və Cavabdeh2 Hacbaba oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işi baxılmamış saxlayıb sənədləri və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və digər iddiaçılarla birlikdə imzalanmış ərizəni məhkəməyə təqdim etmişlər. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı*, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh* və Cavabdeh2 Hacbaba oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə iddiaçıların ərizəsi qəbul edilməli, iddiaçılar İddiaçı*, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh* və Cavabdeh2 Hacbaba oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmaqla sənədlər geri qaytarılmalı və İddiaçı* tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan *0.07.2023-cü il tarixli, **89466434 nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı* iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X* Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına *00 manat dövlət rüsumu və xidmət haqqı olaraq, cəmi *00,40 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.5, 260.3, 259.0.**, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı*, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh* və Cavabdeh2 Hacbaba oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı* Azərbaycan Respublikası Mərkəzi Bankı – X* Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi *00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Xınıslı kəndində yaşayan İddiaçı* qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-48/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-48/2024
22.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver