Məhkəmə qərarları › İş №2(041)-506/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-506/2024

06.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-506/2024 06.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Elçin oğluna qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi, son hesablaşmanın ödənilməsi və kompensasiya tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Elçin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin ləğv edilməsi, 5 il üçün istifadə etmədiyi məzuniyyət pulunun və cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında konpensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdidaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh X1 ilə əvəz edilməsi zərurəti yarandığını və bununla bağlı zəruri hesab edilən sənədlərin toplanması üçün ona müəyyən vaxt lazım olduğunu bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işi mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Elçin oğluna qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi, son hesablaşmanın ödənilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar