Məhkəmə qərarları › İş №2(041)-529/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-529/2025

02.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-529/2025 02.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunun Sor-Sor kəndində anadan olmuş X2n fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sor-Sor kəndində yaşayır. X3 xx.xx.1973-cü il tarixdə doğulmuş və hazırda onunla birlikdə onun himayəsində yaşayır. X3 anadangəlmə xəstə doğulmaqla "Dəqiqləşdirilməmiş səbəblərlə əlaqədar kəskin ifadə edilməyən imbesillik (Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F71.1 İQ=45)" diaqnozu ilə hazırda Kürdəmir rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs-nin Kürdəmir rayon Poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatında olmaqla mütəmadi olaraq müalicə olunur. Xəstəliyi ilə bağlı onun əmək qabiliyyəti yoxdur. Onun dispanser müşahidəyə və müalicəyə ehtiyacı var. X2 uzun müddət müalicə etdirməklərinə baxmayaraq müalicənin heç bir nəticəsi olmamışdır. Onun xəstəliyi ilə əlaqədar daimi qulluq və müalicəyə ehtiyacı olmaqla, kənar şəxsin daimi köməyinə ehtiyacları var. X7 xəstəliyi ilə xx.xx.1993-cü il tarixdə ömürlük olaraq ikinci qrup əlillik verilmiş və hazırda ikinci qrup əlil kimi müavinat alır. Qardaşı Namiq xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. X3 xəstəliyi, həmçinin psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiyinə görə onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailə üzvlərinə verilmiş torpaq sahəsi ilə bağlı qardaşı Namiqin nümayəndəsi kimi çıxış etmək məqsədi ilə ona etibarnamə verilməsi üçün Kürdəmir regional “Asan xidmət” mərkəzinə müraciət etsələr də “Asan xidmət” mərkəzində onun psixi vəziyyətinə (xəstəliyi ilə bağlı) onun adından etibarnamə verilməsinin mümkün olmadığını bildirmişlər. Namiqin etibarnamə üzrə qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Ona görə də onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 902 saylı rəyinə əsasən, X5 Orta dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmaması, anadangəlmə ağıl zəifliyindən əziyyət çəkməsi, yaşıdlarına nəzərən əqli inkişafda geri qalmsı, nitqi zəif inkişaf etməklə tək-bir sözlərdən ibarət olması, Bakı şəhər X4, həmçinin Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanasında müalicələrdə olması, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə məktəbdə oxumaması, evdə ara-sıra əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.1993-cü il tarixdə müayinə edilərək "Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, İQ-45" diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2024-cü il tarixdə həkim-psixiatr Fizza Kərimli tərəfindən müayinə olunaraq t.e.d. professor Fuad İsmayılova məruzə edilməsi, onda "Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F71.1 İQ=45" diaqnozunun müəyyən edilməsi, əqli gerilik ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan AA5782205 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1973-cü il tarixdə doğulmuşdur. Məhkəmə qeyd edir ki, Ərizəçi yaxın qohumu – qardaşıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X9 pisixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar