Məhkəmə qərarları › İş №2(041)-537/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-537/2024

06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-537/2024 06.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən olunması və həmin paya mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən cavabdehlərlə birgə mülkiyyətlərinə verilmişxx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeyd edilmiş 1,57 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qəinamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)- 1297/2023 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş payın naturada ayrılıb verilməsi barədə qətnamə sıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-537/2024 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardad mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövləıt Kadastrı və reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2418/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olduqdan sonra mülki iş ekspertiza rəyinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4966 nömrəli ekspert rəyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4966 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlər onun ata və anasıdır. Onların birgə mülkiyyətlərinə Kürdəmir rayon Şıxımlı kəndi ərazisindən 1,57 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onlara çıxarış verilmiş və qeyd olunan çıxarış xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmişdir. Hazırda o, torpaq sahəsindən istifadə etmək istəyir, lakin cavabdehlər həmin torpaq sahəsindən onun isttifadə etməsinə imkan vermirlər. Dəfələrlə bu barədə onlara xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə payları müəyyən olunarsa onların mübahisəsi öz həllini tapacaqdır. Ona görə də məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1297/2023 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş payın naturada ayrılıb verilməsi barədə qətnamə sıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, İddiaçı onun qızıdır. Kürdəmir rayonu Şıxımlı kəndi ərazisindən onların birgə mülkiyyətinə 1,57 ha torpaq sahəsi verilmişdir. Qızı İddiaçı hazırda ailə qurub Kürdəmir rayonu ərazisindəki Məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə yaşayır. Mübavhisəli torpaq sahəsi hazırda onların mülkiyyətində olmaqla özləri istifadə edir. Qızı Kəmalə həmin torpaq sahəsindən ona düşən payın ayrılıb ona verilməsini tələb edir. Qızı Kəmalənin payının ayrılıb verilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ 751084 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə nikahlarını qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyesrti tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 ilə birlikdə hüquq sahibləri olan İddiaçı və X2 ümumi birgə mülkiyyətlərinə Kürdəmir rayonun Şıxımlı kəndi ərazisindən 1,57 ha torpaq sahəsi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 1297/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən 1,57 hektar torpaq sahəsindən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 0,5233 hektar hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və iddiaçı X1 vəsatətinə əsasən keçilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaqnında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadlastrı və Reyestri publik hüşquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2418/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, 1. **********93 saylı çıxarışla Cavabdeh1, İddiaçı və Cavabdeh2 ümumbirgə mülkiyyətində olan 1,57 ha torpaq sahəsi kordinatları yerində müəyyən edilmişdir. 2. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Kürdəmir rayonnunun Şıxımlı kəndi ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,5233 ha torpaq sahəsinin cənub tərəfindən müəyyən edilməklə İddiaçı verilməsi Cavabdeh1 və Cavabdeh2 razılığı olduğu təqdirdə verilməsi mümkündür. Əlavə olaraq bildirilir ki, baxış zamanı İddiaçı **********93 saylı çıxarışla mülkiyyətə verilmiş 1,57 ha torpaq sahəsinin qərb hissəsindən 0,5233 ha torpaq sahəsini göstərmək və ona bölünərək verilməsini istədiyini bildirmişdir. Bununlada bağlı bildirilir ki, X4 və Cavabdeh2 razılığı olduğu təqdirdə 1,57 ha torpaq sahəsinin qərb hissəsindən bölünərək torpaq sahəsinin ayrılması mümkündür. Kürdəmir rayon məhkəməsinin 2(041)-537/2024 saylı xx.xx.2024-cü il tarixli müraciəti ilə bağlı mübahisəli torpaq sahəsinin planı əlavə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/4966 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaqnında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadlastrı və Reyestri publik hüşquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2418/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********93 saylı çıxarışla Cavabdeh1, İddiaçı və Cavabdeh2 ümumbirgə mülkiyyətində olan 1,57 ha torpaq sahəsi kordinatları yerində müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan Kürdəmir rayonnunun Şıxımlı kəndi ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçınvın müəyyən edilmiş 0,5233 ha torpaq sahəsinin cənub tərəfindən müəyyən edilməklə İddiaçı verilməsi Cavabdeh1 və Cavabdeh2 razılığı olduğu təqdirdə verilməsi mümkündür. Əlavə olaraq bildirilir ki, baxış zamanı İddiaçı **********93 saylı çıxarışla mülkiyyətə verilmiş 1,57 ha torpaq sahəsinin qərb hissəsindən 0,5233 ha torpaq sahəsini göstərmək və ona bölünərək verilməsini istədiyini bildirmişdir. Bununlada bağlı bildirilir ki, X4 və Cavabdeh2 razılığı olduğu təqdirdə 1,57 ha torpaq sahəsinin qərb hissəsindən bölünərək torpaq sahəsinin ayrılması mümkündür. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər onun ata və anasıdır. Onların birgə mülkiyyətlərinə Kürdəmir rayon Şıxımlı kəndi ərazisindən 1,57 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onlara çıxarış verilmiş və qeyd olunan çıxarış xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmişdir. Hazırda o, torpaq sahəsindən istifadə etmək istəyir, lakin cavabdehlər həmin torpaq sahəsindən onun isttifadə etməsinə imkan vermirlər. Dəfələrlə bu barədə onlara xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə payları müəyyən olunarsa onların mübahisəsi öz həllini tapacaqdır. Ona görə də məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1297/2023 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş payın naturada ayrılıb verilməsi barədə qətnamə sıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1297/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən 1,57 hektar torpaq sahəsindən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 0,5233 hektar hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyüyətdə olan əşya, mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş üzrə 50 manat məbləğində ekspertiza xərci İddiaçı alınıb dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh1, İddiaçı və Cavabdeh2 birgə mülkiyyətinə verilmiş 1,57 hektar torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,5233 hektar hissəsi həmin torpaq sahəsinin qərb tərəfindən ayrılıb naturada iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətinə verilmiş 1,57 hektar torpaq sahəsindən İddiaçı müəyyən edilmiş 0,5233 hektar hissəsi həmin torpaq sahəsinin qərb tərəfindən ayrılıb naturada İddiaçı verilməlidir. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar