Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-54/2023 23.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi R.S.Xəlilov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yaşayan Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 909.65 manat təbii qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 940 manat məbləğin tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. İddiaçı məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etmədiyinə və işə onun iştirakı olmadan baxmağı xahiş etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-54/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-54/2023
23.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver