Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-548/2023 16.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh* iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh* və Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik şəhədətnaməsinin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 24.06.*998-ci il tarixdə ölmüş əri X* miras qalmış, Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlakla bağlı ona Kürdəmir regional Cavabdeh5at ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 28.06.*965-ci ildə X3 ilə evlənib ailə qurmuş, ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə xx.xx.*970-ci ildə Tərlan, xx.xx.*969cu ildə Mərdan, xx.xx.*966-cı ildə Qəmər, xx.xx.*975-ci ildə Lalə, 03.**.*967-ci ildə Kamran, 05.04.*972-ci ildə Kamilə, *5.09.*973-cü ildə Kamran adlı uşaqları anadan olmuşdur. 03.**.*967-ci il təvəllüdlü oğlu Kamran, *5.09.*973-cü il təvəllüdlü oğlu Kamran və 05.04.*972-ci il təvəllüdlü qızı Kamilə ölmüş, qızları Qəmərlə Lalə evlənib ailə qurmaqla özlərinə məxsus evdə yaşayırlar. O, isə qızı Lalənin evində yaşayır. Mərhum əriylə birlikdə tikdirdiyi evdə isə oğlu Tərlan yaşayır. Mərhum ərindən miras qalmış evə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina olunmuş, əsas kimi əlavə araşdırma aparılmasına zərurət olduğu göstərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, iddia ərizəsində əri X* miras qalmış, Kürdəmir rayonu ərazisində yerləşən bütün əmlaklarla bağlı ona Kürdəmir regional Cavabdeh5at ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, Kürdəmir rayonu Sığırlı kəndində yerləşən 0.*4 ha və *.*77* ha torpaq sahələrinə dair çıxarışları əldə edib, məhkəməyə təqdim etmişdir. Ona görə də, qeyd edilən torpaq sahələrinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh* izahatlarında atalarından miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Kürdəmir regional Cavabdeh5at ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir rayonu Sığırlı kənd soveti tərəfindən 28.04.*965-ci ildə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı nikahları 28.04.*965-ci ildə qeydiyyata alınmışdır. - doğum haqqında şəhadətnamələrdən məlum olur ki, Cavabdeh3 xx.xx.*970-ci ildə, Cavabdeh4 xx.xx.*969-cu ildə, Cavabdeh* xx.xx.*966-cı ildə, Cavabdeh2 xx.xx.*975ci ildə anadan olmuşdur. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda X2 ailə üzvləri 9 nəfər (özü, arvadı, 4 oğlu və 3 qızı) göstərilmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *5.09.2020-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X3 24.06.*998-ci il tarixdə vəfat etmişdir. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən 08.*2.2022-ci il tarixdə İddiaçı ünvanlanmış *278 nömrəli məktubda 08.*2.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arasında ixtilaf mövcud olduğu və əlavə araşdırma aparılmasına zərurət olduğu üçün notariat hərəkətinin aparılmasından imtina olumuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.04.202*ci il tarixli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində *.*77* ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə payla Cavabdeh2 və X2 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 0.*4 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə payla X2 və İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin faktiki hallarından məlum olur ki, X* qalan miras əmlak Kürdəmir rayon Sığırlı kəndində yerləşən 0.*4 ha və *.*77* ha torpaq sahələrindən ibarətdir. *.*77* ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə payla Cavabdeh2 və X2, 0.*4 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə payla X2 və İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahələri üzərində ümumi birgə payı olan hüquq sahibi X3 24.06.*998-ci il tarixdə öldüyü üçün, onun arvadı İddiaçı Ağamməd qızı ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək 24.06.*998-ci il tarixdə vəfat etmiş X* miras qalmış qeyd edilən əmlaklaraa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin vərəsələr arasında ixtilaf mövcud olduğu üçün ona imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan *32*-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin *325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il *6 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin *29*, *32*.* və *325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən vеrilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin xx.xx.2005-ci ilə kimi mövcud olan *246-cı maddəsində qeyd edilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırki iş üzrə iddiaçı 24.06.*998-ci il tarixdə vəfat etmiş ərindən qalmış torpaq sahələrinə dair vərəsəlik şəhadətnaməsi almaq istədiyini, lakin vərəsəlik haqqında şəhadətnamə alınması üçün vərəsələr arasında ixtilaf mövcud olduğu üçün imtina edildiyini bildirir. Məhkəmə hesab edir ki, dövlət qeydiyyatına alınmış miras əmlakın vərəsələr arasında sənədləşdirilməsini təmin etmək məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddia qismən təmin edilməli, 24.06.*998-ci il tarixdə ölmüş iddiaçının əri X* miras qalmış, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində *.*77* ha və 0.*4 ha torpaq sahələri ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Kürdəmir regional Cavabdeh5at ofisinin üzərinə qöyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 24.06.*998-ci il tarixdə ölmüş X* miras qalmış, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən *.*77* ha və 0.*4 ha torpaq sahələri ilə bağlı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Kürdəmir regional Cavabdeh5at ofisinin üzərinə qöyulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-548/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-548/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver