Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-552/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesab edilmiş 500 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, 2019-cu ildə “Azəriqaz” İB ona qarşı təbii qazdan istifadəyə görə yaranmış 804.30 manat pulun ödənilməsi tələbinə dair iddia qaldırmış, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(041)-684/2019 saylı qətnaməsi ilə “Azəriqaz” İB-nin iddiası qismən təmin edilmiş, ondan 304.30 manat pulun tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmuş, lakin uzun müddət keçməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq, təmin edilməmiş 500 manat pul onun hesabından silinməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında iddia ərizəsində göstərilənləri təsdiq edərək, mübahisənin həllini məhkəmənin öz mülahizəsinə buraxdı. Əlavə olaraq bildirdi ki, təmin edilməmiş 500 manat üçün icra sənədi olmadığına görə silinməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(041)-684/2019 saylı qətnaməsinin surətindən görünür ki, 2019-cu ildə “Azəriqaz” İB cavabdehə qarşı təbii qazdan istifadəyə görə yaranmış 804.30 manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsiə müraciət etmiş, məhkəmənin xx.xx.2019-ci il tarixli, 2(041)-684/2019 saylı qətnaməsi ilə “Azəriqaz” İB-nin iddiası qismən təmin edilərək, 304.30 manat pulun tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə (500 manat) iddia təmin edilməmişdir. Təmin edilməmiş 500 manat cavabdehin hesabından silinməli olduğu halda, hal-hazıra kimi onun abonent saldosunda borc kimi qalmışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də, qalan 500 manat manat borc məbləği onun hesabından silinməmiş, əsas kimi həmin məbləğin silinməsi üçün icra sənədinin olmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iş üzrə də, silinməsi tələb edilən 500 manat pulun əsassız olması Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(041)-684/2019 saylı qətnaməsi ilə həll edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 500 manat borc məbləğinin İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, 30 manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 500 manat (beş yüz) manat borc məbləğinin İddiaçı hesabından silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-552/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-552/2023
13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver