Məhkəmə qərarları › İş №2(041)-599/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-599/2023

11.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-599/2023 11.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Rüspublikası Kürdəmir rayon Məhkəməsi X3 Seyfəddin oğlunun sədrliyi, X* katibliyinin, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Kürdəmir rayon Reqional Asan Xidmət Mərkəzinin Notoriat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin pərpa edilməsi tələbinə dair işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirirəm ki, *2.0*.20*4-cü il tarixdə vəfat etmiş X2 miras qalmış LF-7*3*2-320 markalı minik avtomobilin adıma sənədləşdirmək üçün vərəsəlik hüqu haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh Kürdəmir rayon Reqional Asan Xidmət Mərkəzinin Notoriat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin pərpa edilməsi tələbinə dair ərizə üzrə mübahisənin məhkəmədən kənar həlli üçün danışıqlar aparldığından AR MPM-nin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması və iddianın baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Kürdəmir rayon Reqional Asan Xidmət Mərkəzinin Notoriat ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Qeyd olunduğu kimi, İddiaçı oğlu iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanmasını xahiş etmiş, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kürdəmir rayon Reqional Asan Xidmət Mərkəzinin Notoriat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin pərpa edilməsi tələbinə dair iddia ərizəsi iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi qəbul edilməli və iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.**, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Kürdəmir rayon Reqional Asan Xidmət Mərkəzinin Notoriat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin pərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Məhkəmənin hakimi: Müseyib Bayramov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar