Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-629/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 35.6 kv.m yaşayış evi üçün mirasın qəbul edilməsinə dair müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzrlü hesab edilməsi və buraxılmış müddətin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, Kürdəmir şəhəri, Bakı prospektində yerləşən, yaşayış sahəsi 35.6 kv.m olan 13 saylı mənzil xidməti yaşayış sahəsi kimi “Aqrosənayetikinti” birliyinin 14 nömrəli təsərrüfatlararsı trestinin rəhbərliyi ilə həmkarlar ittifaqı komitəsinin 9 sentyabr 1987-ci il tarixli 7 nömrəli qərarına əsasən 5 nəfər ailə üzvü ilə X2 verilmiş və mənzil özəlləşdirilməmişdir. Hazırda mənzil dövlət mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçının miras əmlak kimi göstərdiyi yaşayış sahəsi dövlət mülkiyyətində olduğuna görə ona izah edilir ki, yetkinlik yaşına çatmış digər ailə üzvlərinin razılıqları əsasında həmin mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına (balans saxlayan dövlət qurumuna, yerli icra hakimiyyətinə və sair) müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair iddiası üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-629/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-629/2025
01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver