Məhkəmə qərarları › İş №2(041)-639/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-639/2024

28.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-639/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək *9.0*.2023-cü il tarixdə ölmüş mərhum X*ndan miras qalmış ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 35.8 kv.m ibarət, * saylı mənzilə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyənləşdirilmiş prosessual müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 3 ünvanda yaşayır. Kürdəmir şəhəri S.Şıxaliyev küçəsi, Dəmir yolu, ev 24, mənzil *-də yerləşən ümumi sahəsi 35.8 kv m. İbarət mənzil tam mülkiyyət hüququ üzrə mərhum X*na məxsusdur və ondan miras qalmışdır. Qardaşı Zakir ölənə kimi həmin ünvanda yaşayırdı. Atası Xalıq və anası Əzzifə uzun müddətdir vəfat ediblər. Qardaşı Zakir *9.0*.2023-cü ildə Rusiya Federasiyasının Leninqrad vilayətində vəfat edib. Qardaşı Vəfat etdikdən sonra mənzildən o, özü istifadə edir və qardaşının digər vərəsələrinin razılığı ilə Zakirdən miras qalmış Kürdəmir şəhəri S.Şıxaliyev küçəsi, Dəmir yolu, ev 24, mənzil *-də yerləşən ümumi sahəsi 35.8 kv m. İbarət fərdi yaşayış evinə o, vərəsə təyin olunmuşdu. Hazırda həmin evi adına sənədləşdirmək istəyir. Bunun üçün bütün lazımı sənədləri toplayıb X*0 Xidmət Mərkəzində Notariat ofsinə qardaşı Zakirdən miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edib. Notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü və vərəsələrin dairəsinin müəyyən edilmədiyini bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Ona görə də *9.0*.2023-cü il tarixdə ölmüş mərhum qardaşı İddiaçı miras qalmış ünvan 2 ünvanda yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 35.8 kv.m olan * saylı mənzilə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyənləşdirilmiş prosessual müddətin bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, X7 məxsus Kürdəmir şəhəri S.Şıxaliyev küçəsi, Dəmir yolu, ev 24, mənzil *-də yerləşən ümumi sahəsi 35.8 kv.m ibarət mənzili vardır. İş materiallarına əlavə edilmiş və Rusiya Federasiyası Lelinqrad oblastının Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.0*.2023-cü il tarixli, İİ-BO №86734* nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *9.0*.2023-cü il tarixdə Lelinqrad vilayətində ölmüşdür. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3*.*0.20*7-ci il tarixli, AZ-İ № 897986 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 anası X5 24.*0.20*7-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *0.*2.2002-ci il tarixli, AZ-İ № 0*97*2 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası X9 25.**.2002-ci il tarixində ölmüşdür. İş materiallarına əlavə edilmiş Mənzil İstismar Sahəsi tərəfindən İddiaçı təqdim olunmuş 27.**.2023-cü il tarixli, ** nömrəli Arayışdan görünür ki, X8 vəfat etdityi zaman qardaşı İddiaçı onun ailə üzvüdür. Məhkəmə iddiaçının izahatını ifadələrini dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, X7 məxsus Kürdəmir şəhəri S.Şıxaliyev küçəsi, Dəmir yolu, ev 24, mənzil *-də yerləşən ümumi sahəsi 35.8 kv.m ibarət mənzili vardır. X* *9.0*.2023-cü il tarixdə ölmüşdür. Həmin mənzildən hazırda o, özü istifadə edir. Mənzili öz adına sənədləşdirmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Kürdəmir regional “Asan” xidmət mərkəzində notariat ofisinə müraciət etsə də, notariat ofisi vərəsəliyin qəbul müddətinin ötürüldüyünü və vərəsələrin dairəsinin müəyyən edilmədiyini bildirib ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və bununla bağlı ona məhkəməyə müraciət etməsini tövsiyyə edib məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin **59.*-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *247-ci maddəsinin tələbinə görə əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı ayaldək uzadılmalıdır. Həmin Məcəllənin *267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəllənin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı *9.0*.2023-cü il tarixdə ölmüş mərhum X*nın xüsusi mülkiyyətində Kürdəmir şəhəri S.Şıxaliyev küçəsi, Dəmir yolu, ev 24 ünvanda yerləşən, ümumi sahəsi 35.8 kv m ibarət * saylı mənzilə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *32*-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə İddiaçı *9.0*.2023-cü il tarixdə ölmüş mərhum X*nun xüsusi mülkiyyətində olmuş Kürdəmir şəhəri S.Şıxaliyev küçəsi, Dəmir yolu, ev 24 ünvanda yerləşən, ümumi sahəsi 35.8 kv.m ibarət * saylı mənzilə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbi üzürlü hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.*-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı *9.0*.2023-cü il tarixdə ölmüş mərhum X*nun mülkiyyətində olan Kürdəmir şəhəri S.Şıxaliyev küçəsi, Dəmir yolu, ev 24 ünvanda yerləşən, ümumi sahəsi 35.8 kv.m ibarət * saylı mənzilə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar