Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-652/2023 16.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, tərəflərin iştirakı olmadan, iddiaçı “Azəriqaz” istehsalat birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “Azəriqaz” istehsalat birliyi Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iş üzrə iddiaçı Azəriqaz” istehsalat birliyi cavabdehdən 5485.85 manat debitor borcun tutularaq “Azəriqaz” istehsalat birliyinin hesabına ödənilməsini tələb etdiyi halda, cavabdehlə bağlanmış müqavilənin, tələb edilən debitor borcun məbləğini təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərini, habelə cavabdehə göndərilmiş xəbərdarlıq məktubunun ona çatdırılması barədə sübutunu iş materiallarına əlavə etməmiş, bununla da, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı “Azəriqaz” istehsalat birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-652/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-652/2023
16.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver