Məhkəmə qərarları › İş №2(041)-680/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-680/2023

17.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-680/2023 17.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X* üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Kürdəmir rayon Notariat kontoruna, X*5 Xidmət mərkəzində Notariat ofisinə və qarşı Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*3 tərəfindən verilmiş, reystrdə 2-V/969 nömrə ilə qeyd edilmiş, “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*4 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reystrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq: MÜƏYYƏN ETDİ: İddiaçı X* üçüncü şəxs qismində cəlb edilməklə Kürdəmir rayon Notariat kontoruna, X*5 Xidmət mərkəzində Notariat ofisinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*3 tərəfindən verilmiş, reystrdə 2-V/969 nömrə ilə qeyd edilmiş, “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*4 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reystrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək göstərdi ki, o, *9.08.*964-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində doğulmuşdur. X3, anası X5 olmuşdur. O, ailə quraraq həyat yoldaşını atası evinə gətirmiş, uşaqları orda anadan olmuş və orada pasport qeydiyyatında durmuşlar. X3 3*.08.2005-ci ildə vəfat etmişdir. Atası öldükdən sonra onun məlumatı olamdan atasına məxsus ev anası tərəfindən öz adına rəsmiləşdirilmişdir. Bundan yalnız anasının məhkəməyə müraciət etdikdən sonra məlumatı olmuşdur. Belə ki, anası məhkəməyə müraciət edərək onların pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Bundan sonra X*5 Xidmət mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik işinin təsdiq olunmuş surətini almışlar. Məlum olmuşdur ki, anası yeganə vərəsə kimi qeydiyyatdan keçmişdir. Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi ” üzrə Cavabdeh* dövlət notariusu X*3 tərəfindən verilmiş, reystrdə 2-V/969 nömrə ilə qeyd edilmiş, “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmişdir. Həmçinin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*4 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi açılmışdır. Həmin şəhadətnamələrə əsasən çıxarış almışdır. Bunlara baxmayaraq atası Abduləli Şirinovun birinci dərəcəli vərəsəsidir. Bununla belə birinici dərəcəli vərəsə olmasına baxmayaraq anası tərəfindən istifadə hüququnun itirilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Qeyd olunan əmlakdan vərəsə kimi ona da pay düşür. Ona görə də Kürdəmir rayon Dövlət notariat konturu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir rayon Notariat kontoruna, X*5 Xidmət mərkəzində Notariat ofisinə və üçüncü şəxs X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin *85.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşə əlavə olunmuş Kürdəmir rayon Atakişili kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005ci il tarixli X*0 3*.08.2005-ci il tarixdə vəfat etmişdir. İşə əlavə olunmuş və Cavabdeh* dövlət notariusu E.Hüseynov tərəfindən təsdiq edilmiş 23.08.20*2ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.08.2005-ci ildə ölmüş X7 arvadı X5 onun qanun üzrə vərəsəsi təyin edilmişdir. İşə əlavə olunmuş və X*5 Xidmət mərkəzinin notariat ofisində təsdiq olunmuş *9.08.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.08.2005-ci ildə ölmüş X7 arvadı X5 onun qanun üzrə vərəsəsi təyin edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib işdə olan sənədləri tədqiq edərək hesab ediir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçının X3 3*.08.2005-ci il tarixdə vəfat etmiş, iddiaçının anasının adına Kürdəmir rayon Notariat kontoru tərəfindən 966 saylı “vərəsəlik işi ”açılmış, Cavabdeh* dövlət notariusu X*3 tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi açılmış, reystrdə 2-V/969 nömrə ilə qeyd edilmişdir. ,bundan başqa Cavabdeh2 xüsusi notariusu X*4 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi verilmiş, reystrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*.*-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa ğötürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Milki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **34.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin **5*.*-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından görünür ki, X2 əri X7 ölümündən sonra vərəsəlik şəhadətnaməsi verilərkən qanunun yuxarıda qeyd olunan tələblərinə riayət olunmuşdur. Belə ki, X4 əri X*0 vəfat etdikdən sonra qanuni vərəsə kimi mirası qəbul edib idarə etmişdir. Azərpbaycan Respublikası Mülki Məcəlləsinin *243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindəın qəbul edilmiş sayılır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mübahisəli miras əmlakdan məcburi pay hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı X6 üçüncü şəxs qismində cəlb edilməklə Kürdəmir rayon Notariat kontoruna, X*5 Xidmət mərkəzində Notariat ofisinə qarşı Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*3 tərəfindən verilmiş, reystrdə 2-V/969 nömrə ilə qeyd edilmiş, “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Kürdəmir regional “Asan Xidmət” mərkəzində notartiat ofisinin xüsusi notariusu X*4 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reystrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*4-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X6 üçüncü şəxs qismində cəlb edilməklə Kürdəmir rayon Notariat kontoruna, X*5 Xidmət mərkəzində Notariat ofisinə qarşı Kürdəmir rayon Notariat kontoru tərəfindən açılmış 966 saylı “vərəsəlik işi” üzrə Cavabdeh* dövlət notariusu X*3 tərəfindən verilmiş, reystrdə 2- V/969 nömrə ilə qeyd edilmiş, “qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamənin və Cavabdeh2 xüsusi notariusu X*4 tərəfindən V-966/20*2 saylı vərəsəlik işi üzrə verilmiş, reystrdə 2V-405 nömrə ilə qeyd edilmiş *9.08.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüquqi haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MÜSEYİB BAYRAMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar