Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-723/2025 20.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Kürdəmir Rayon İHB-nın Sığırlı Ərazi dairəsi üzrə icra nümayəndəliyi-nə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Kürdəmir Rayon İHB-nın Sığırlı Ərazi dairəsi üzrə icra nümayəndəliyi-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sığırlı kənd ərazisində dalan deyilən yerdə su kanalı “körpü” kimi inşa edilmiş qanunsuz tikilinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlavə sənədlərin toplanması və yenidən məhkəmədə iddia qaldırmaq üçün iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Kürdəmir Rayon İHB-nın Sığırlı Ərazi dairəsi üzrə icra nümayəndəliyinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-723/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-723/2025
20.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver