Məhkəmə qərarları › İş №2(041)-765/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-765/2025

07.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-765/2025 07.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində anadan olmuş qardaşı X3 fiziki qüsuruna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X7 xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində doğulub. O, anadangəlmə fiziki qüsurlu doğulmuşdur. Valideynləri onu uzun müddət müalicə etdirsələr də müalicənin heç bir nəticəsi olmamışdır. Rəmiş ağır dərəcəli debillik ilə yataq durumu ilə xəstəlikdən əziyyət çəkir, özünü idarə edə bilmir və kənar şəxsin köməyinə ehtiyacı var. Rəmiş xəstəliyi ilə bağlı Kürdəmir rayon polklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. Rəmiş hal-hazırda psixi qusurlu olmaqla başqa heç nəyə malik deyil və psixi qüsurün nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, baxmaqdan başqa heç nəyə malik deyildir. Qardaşı Rəmiş psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiyinə görə kənar şəxsin daimi qulluğuna ehtiyacı var. Ona görə də onun psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizədə göstərilənləri təsdiq edərək və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2836 saylı rəyini əsas tutaraq oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: -Kürdəmir rayon Atakişili kənd icra nümayəndəliyinin doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonu Atakişili kəndində anadan olub. X2, anası X1r. - Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfinsdən verilmiş xx.xx.2024cü il tarixli 515 nömrəli arayıdan görünür ki, X7 ağır dərəcəli debillik diaqnozu ilə Kürdəmir rayon Poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2836 saylı rəyindən görünür ki, X5 Ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. Buna görə də, X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X3 ağır dərəcəli debillik diaqnozu ilə qeydiyyatda olması, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir rayonu, Atakişili kəndində yaşayan, 19 yanvar 1992-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar