Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-84/2025 22.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasınən nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cü il təvəllüdlü Emil Cəbiyev uşaqlıqdan inkişafı normal olmamış, əqli zəifliyinə görə kənar şəxslərin köməyinə ehtiyacı olmuş, əqli gerilik, köməyə ehtiyacı olan, ciddi davranış pozuntusu diaqnozu ilə müalicə alır. Xəstəliyi ilə bağlı yaranmış psixi qüsüru nitcəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır, qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, oğlu Emilin uşaqlıqdan əqli geriliyi olduğundan mütəmadi olaraq müalicə etdirmələrinə baxmayaraq heç bir müsbət dəyişiklik olmamışdır. Hazırda da müalicəsini davam etdirir. Məhkəmənin təyin etdiyi məhkəmə-psixiatrik ekspertizasının rəyində də Emilin Daun sindromlu xəstə kimi ağır dərəcəli əqli gerilik aşkar olunmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 izahatında göstərdi ki, Ərizəçi xx.xx.2006-cu il təvəllüdlü 1 qrup əlil X8 onun himayəsinə verilməsi barədə ərizə ilə Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış, X8 həqiqətən də psixi xəstə olması müəyyən edilmiş, lakin fəaliyyəti qabiliyyəti olmayan hesab edilmədiyi üçün ona imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş, ƏƏSM Nazirliyinin tibbi sosial ekseprt komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, X2 xəstələyindən 1 qrup əlildir. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3090 saylı rəyindən görünür ki, X1 şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, X2 xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı müayinə zamanı aşkar olunan əlamətləri “Daun sindromu” diaqnozu ilə qeydiyyatda olması, göstərilən xəstəliklərdən ömürlük İ qrup əlil olması və sonuncu olaraq psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsi, ev 49-da yaşayan, xx.xx.2006-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-84/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-84/2025
22.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver