Məhkəmə qərarları › İş №2(041)-899/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-899/2024

07.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-899/2024 07.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu xx.xx.2005-ci il təvəllüdlü, əlil X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-899/2024 nömrəli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 1671 nömrəli Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 2957 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, həyat yoldaşı ilə birgə Kürdəmir rayonunun Quşlar kəndində yaşayır. Övladlarından biri X6 xx.xx.2005-ci il təvəllüdlü hazırda onlrla bir yerdə yaşayan, uşaqlıqdan xəstə və əlil olmuş, inkişafı normal olmamış, əqli zəif kimi daima nəzarətdə saxlanılmış və yardıma ehtiyacı olmuşdur. Uşaqlıqdan ona əlillik təyin olunmuşdur. Hazırda onun üzərində həm özü və anası nəzarət edirlər. O, məhdub fəaliyyət qabiliyyətlidir və demək olar ki, fəaliyyət qabiliyyəti yoxdur. Bu hal ona qəyyum və himayəçi təyin olunmasını tələb edir. Ona görə də oğlu xx.xx.2005-ci il təvəllüdlü, əlil X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir rayon İcra Hakimyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ 065083 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Mərkəzi Xəstəxanası X9 Konsultativ poliklinikasının xx.xx.2024-cü il tarixli, 418 nömrəli arayışından görünür ki, Quşlar kəndində yaşayan 2005-ci il təvəllüdlü X6 həqiqətən Kürdəmir rayon poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında çap tarixi xx.xx.2024-cü il olan sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə müddətsiz olaraq ikinci dərəcəli əlillik verilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1671 saylı rəyindən görünür ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçi həyat yoldaşı ilə birgə Kürdəmir rayonunun Quşlar kəndində yaşayır. Övladlarından biri X6 xx.xx.2005-ci il təvəllüdlü hazırda onlrla bir yerdə yaşayan, uşaqlıqdan xəstə və əlil olmuş, inkişafı normal olmamış, əqli zəif kimi daima nəzarətdə saxlanılmış və yardıma ehtiyacı olmuşdur. Uşaqlıqdan ona əlillik təyin olunmuşdur. Hazırda onun üzərində həm özü və anası nəzarət edirlər. O, məhdub fəaliyyət qabiliyyətlidir və demək olar ki, fəaliyyət qabiliyyəti yoxdur. Bu hal ona qəyyum və himayəçi təyin olunmasını tələb edir. Xəstəliyi ilə bağlı X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz olaraq ikinci dərəcəli əllilik verilmişdir. X2 psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiyinə görə kənar şəxsin daimi qulluğuna ehtiyacı var. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1671 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü, əlil X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edisin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar