Məhkəmə qərarları › İş №2(041)-918/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-918/2024

27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-918/2024 27.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı ”Azərişıq” ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektirik enerjisi üzrə yaranmış 2388.88 manat borc və ödənilmiş 43.89 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və tarif şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********00112 olan Cavabdeh eletrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2388.88 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi eletrik enerjisinin haqqı olan 2388.88 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gedərək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq təqdim etməsinə baxmayaraq, istehlak etdiyi elektrik enejisinin dəyərini tam olaraq ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, onun iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur. Belə ki, o, hər ay istifadə etdiyi elektrik enerjisinə görə olan borcunu ödəyib. Qeyd olunan borc 2015-ci ilə kimi olan borcdur, həmin vaxt istifadə etdiklərinə elektrik enerjisinə görə ödənişləri nəzarətçilərə təqdim etmişdir. Lakin hazırda ona verilən qəbzlərin harada olduğunu bilmir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, 934988 nömrəli enerji təchizat müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə”dən görünür ki, müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli eletrik enerjisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini elektrik sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba ödəmək barədə öhdəlik götürmüşdür. İşdə olan, abunə haqqında çıxarışdan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadə nəticəsində 2388.88 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq "xxxx" ASC ilə istehlakçı Cavabdeh arasında 9.02.2024-ci il tarixdə elektrik enerjisinin alqı-satısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, paylayıcı üzərinə düşən öhdəlikləri tam icra edərək, istehlakçını elektrik enerjisi ilə təmin etsə də, istehlakçı aldığı eletrik enerjisinin dəyərini elektrik sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba vaxtında ödəməmiş, nəticədə elektrik enerjisindən istifadə nəticəsində 2388.88 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, istehlakçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, iddia tələbi təmin edilməli, cavabdehdən elektrik enerjisindən istifadəyə görə 2388.88 manat məbləğində borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 43.89 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 2388.88 (iki min üç yüz səksən səkkiz manat 88 qəpik) manat debitor borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.89 (qırx üç manat 89 qəpik ) manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar