Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-952/2024 17.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1958-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-952/2024 saylı qərardadı ilə məhkəmə-psixiatriya ekspertizasının təyin edilərək mülki işin icraatı dayandırılmış və mülki işin materialları rəy verilməsi Məhkəmə-X2” Publik Hüquqi şəxsinə göndərilmişdir. Məhkəmə-X2” Publik Hüquqi şəxsi tərəfindən ekspert rəyi verilmədən mülki işin materialları xx.xx.2024-cü il tarixli 5066 saylı məktubla məhkəməyə geri qaytarılmış, səbəb kimi X1 təqdim edilməməsi gəstərilmişdir. xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraat təzələnmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 12-00-a təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi (Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə” ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-952/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-952/2024
17.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver