Məhkəmə qərarları › İş №2(041)-99/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-99/2023

18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-99/2023 18.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Kürdəmir rayonu Ərəbxana kənd sakini Cavabdeh qaz xəttinin qırılması zamanı dəymiş 1066,15 manat ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X6 iddia tələbini müdafiə endərək göstərdi ki, Cavabdehxx.xx.2022-ci il tarixdə Mollakənd kəndi ərazisində idarə etdiyi HUNDAİ markalı ekskavatorla qazıntı işləri görərkən d-160 mm-lik qaz xəttini qırmışdır. Nəticədə “Azəriqaz” İstehsalat Birliyinə 1066,15 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı X10 İstismarı İdarəsi tərəfindən Kürdəmir raüyon polis şöbəsinə müraciət edilmişdir. Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı Səbuhi Kərimov tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. X9 Qaz İstismarı İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Bundan əlavə cavabdehlə Birliyin nümayəndələri tərəfindən dəfələrlə telefon danışıqları olmuş hər dəfə müxtəlif bəhanələr gətirərək dəymiş ziyan məbləğini ödəməkdən qəsdən yayınır. Kürdəmir RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi izah edilmişdir. Bu kimi hallar “Azəriqaz” İstehsalat Birliyinin əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Ona görə də cavabdeh Kürdəmir rayonu Ərəbxana kənd sakini Cavabdeh qaz xəttinin qırılması zamanı dəymiş 1066,15 manat ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və “Azəriqaz” X5 Regional İstismar İdarəsi xx.xx.2022-ci il tarixdə saat 11.00 radələrində Ağsu RQİİ-nin balansında olan Kürdəmir rayonunun Mollakənd kəndində Sığırlı QPS-dən qidalanan PE-160 mm-lik orta təzyiqli daşvıyıcı yeraltı qaz kəmərini Cavabdeh idarə etdiyi X3 İdarəsinə məxsus dövlət qeydiyyat nişanı olmayan HUNDAİ markalı ekskavatorla qazıntı işləri apararkən zədələməsi faktı ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün xx.xx.2022-ci il tarixli, SOKAR**********30490075X00277 nömrəli məktubla Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X2 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarınını surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X10 İstismar İdarəsinə 1066,15 manat maddi ziyan dəydiyindən mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli itirilmiş qazın hesabatından görünür ki, Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində PE-160 mm-lik orta təzyiqli daşıyıcı yeraltı qaz kəmərinin qırılması nəticəsində “Azəriqaz” İstehsalat Birliyinə 1066,15 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Mollakənd kəndi ərazisində idarə etdiyi HUNDAİ markalı ekskavatorla qazıntı işləri görərkən d-160 mm-lik qaz xəttini qırmışdır. Nəticədə “Azəriqaz” İstehsalat Birliyinə 1066,15 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı X10 İstismarı İdarəsi tərəfindən Kürdəmir raüyon polis şöbəsinə müraciət edilmişdir. Kürdəmir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı Səbuhi Kərimov tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. X9 Qaz İstismarı İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Bundan əlavə cavabdehlə Birliyin nümayəndələri tərəfindən dəfələrlə telefon danışıqları olmuş hər dəfə müxtəlif bəhanələr gətirərək dəymiş ziyan məbləğini ödəməkdən qəsdən yayınır. Kürdəmir RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi izah edilmişdir. Bu kimi hallar “Azəriqaz” İstehsalat Birliyinin əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh qaz xəttini qırmasına görə vurduğu ziyana görə 1066,15 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh qaz xəttini qırmasına görə vurduğu ziyana görə 1066,15 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar