Məhkəmə qərarları › İş №2(041)-992/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-992/2024

04.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-992/2024 04.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Cəbiyev Yaşar İlham oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı ”Azərişıq” ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektirik enerjisi üzrə yaranmış 1362.25 manat borc və ödənilmiş 34.03 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və tarif şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********00286 olan Cavabdeh eletrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 1362.25 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi eletrik enerjisinin haqqı olan 1362.25 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gedərək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq təqdim etməsinə baxmayaraq, istehlak etdiyi elektrik enejisinin dəyərini tam olaraq ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlaəv olaraq izahatında göstərdi ki, cavabdehin barəsində xx.xx.2020-ci il tarixdə akt təritb edilmiş, lakin həmin aktın mövcudluğu barədə onlarda heç bir sənəd yoxdur. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, onun iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur. Belə ki, o, hər ay istifadə etdiyi elektrik enerjisinə görə olan borcunu ödəyib. Qeyd olunan borc 2015-ci ilə kimi olan borcdur, həmin vaxt istifadə etdiklərinə elektrik enerjisinə görə ödənişləri nəzarətçilərə təqdim etmişdir. Həmçinin onun barəsində xx.xx.2020-ci il tarixdə həqiqətə uyğun olmayan akt tərtib edilmiş, lakin həmin aktı dəfə\lərlə müraciət etməsinə baxmayaraq əldə edə bilməmişdir. Belə ki, həmin aktın mövcudluğu barədə Azərişıq Asc-də heç bir sənəd yoxdur. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 364642 nömrəli enerji təchizat müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə”dən görünür ki, müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli eletrik enerjisi ilə təmin etməyi, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini elektrik sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba ödəmək barədə öhdəlik götürmüşdür. İşdə olan, abunə haqqında çıxarışdan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadə nəticəsində 1362.25 manat borcu yaranmışdır. Həmin borcun 169,33 manatı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş R 159365 nömrəli akta əsasən hesablanmış borcdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh barəsində tərtib edtilmiş xx.xx.2020ci il tarixdə tərtib edilmiş R 159365 nömrədli akta əsasən hesablanmış 169,33 manat borc onun hesabından silinməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq "xxxx" ASC ilə istehlakçı Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə elektrik enerjisinin alqı-satısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, paylayıcı üzərinə düşən öhdəlikləri tam icra edərək, istehlakçını elektrik enerjisi ilə təmin etsə də, istehlakçı aldığı eletrik enerjisinin dəyərini elektrik sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba vaxtında ödəməmiş, nəticədə elektrik enerjisindən istifadə nəticəsində 1362.25 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, istehlakçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdehdən elektrik enerjisindən istifadəyə görə 1192.93 manat məbləğində borc tutularaq iddiaçının hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməmilidir. Belə ki, iddiaçının nümayəndəsi cavabdehin iddiaçıya 1362.25 manat bporcunun olmasını sübut edə bununla bağlı, məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş himssəsinə münasib olaraq 31,92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənil ə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 1192.93 manat debitor borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,92 (otuz bir manat doxsan iki qəpik ) manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MÜSEYİB BAYRAMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar