Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-101/2022 12.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-491 KOD 50516018 saylı Torpağa Mülkiyyət X1ra məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-491 KOD 50516018 saylı Torpağa Mülkiyyət Hüququna X12 əsasən ona və digər ailə üzvlərinə 0.37 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sənəddə onun adı səhvən X2, bacısının adı isə X5 kimi yazılmışdır. Onlar həmin torpaq sənədinə Çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Lakin onlara imtina edilmiş, məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, ərizəçilər onun övladlarıdır. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə 0.37 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin sənəddə övladları Ərizəçi1 və Ərizəçi2 adları səhvən X2 və X5 kimi yazılmışdır. İşdə olan JN-491 KOD 50516018 saylı Torpağa Mülkiyyət Hüququna X11 surətindən görünür ki, digər ailə üzvləri ilə birlikdə Ərizəçi1 və Ərizəçi2 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 0.37 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 Gədəbəy rayonunun Köhnəqışlaq kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 Gədəbəy rayonunun Köhnəqışlaq kəndində yaşayır. İşdə olan X4 surətindən görünür ki, Ərizəçi1 xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonunun Köhnəqışlaq kəndində doğulmuşdur. İşdə olan X4 surətindən görünür ki, Ərizəçi2 xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonunun Köhnəqışlaq kəndində doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-491 KOD 50516018 saylı Torpağa Mülkiyyət Hüququna X11 Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı təsdiq edilmişdir və bu fakt ərizəçilərin mülkiyyət hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçilərin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 23.09.1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-491 KOD 50516018 saylı Torpağa Mülkiyyət Hüququna X11 Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-101/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-101/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver